Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1195/2022 07.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis leytinantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 07 avqust 1980-ci il tarixdə Ermənistan Respublikası, Ceyrux rayonunda doğulmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Bərdə rayonunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 19 avqust 2022-ci il tarixdə Şəxs məxsus şalvardan 0,049 qram metamfitamin aşkar edilmişdir. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi polis leytinantı X3 izahatında bildirdi ki, 19 avqust 2022-ci il tarixdə saat 10:30 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə barəsində 10 gün müddətinə inzibati həbs seçilmiş Şəxs tanışı X4 tərəfindən gətirilmiş sovqat bağlamasına baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli şalvarın sağ yan cibindən 0,049 qram gümüşü rəngli psixotrop maddə olan metamfitominə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədən qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, o əvvəllər narkotik vasitədən istifadə etmişdir. Son iki aydır ki, müalicə aldığına görə heç bir narkotik vasitədən istifadə etmir. 13 avqust 2022-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə həbs olunaraq Bərdə rayon X5 saxlama yerinə gətirilmişdir. Ona paltar və digər əşyalar lazım olduğuna görə evə sifariş göndərmişdiki gətirsinlər. Evdən onun üçün şalvar köynək və alt paltarları göndərmişdilər. Həmin əşyaları Aslan adlı tanışı gətirmişdir. Paltarları polislər yoxlayan zaman cibindən bir büküm psixotrop maddə olan metamfitomin aşkar edilmişdir. Həmin narkotik vasitəsən xəbəri olmamışdır. Bu işdə nə Aslanın nədə arvadı Nuranənin günahı olmadığını bildirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 22 avqust 2022-ci il tarixli HK-1/3434 saylı cinayət işinin rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin ekspertizasının 20 avqust 2022-ci il tarixli 16/987 saylı rəyindən müəyyən olunur ki, qızılı içərisi gümüşü rəngli olan kağız bükümdə olan təmiz çəkisi 0,049 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetomindir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə təsdiq edilmir. Məhkəmə inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs məxsus olan şalvardan aşkar edilmiş psixotrop maddə olan 0.049 qram metamfetominin Şəxs məxsus olub-olmaması, kim tərəfindən aşkar edilməsi, eləcə də zəruri olan digər xüsusatlar araşdırılmadan sonuncunun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qanuni hesab edilə bilməz. Belə ki, Şəxs özü inzibati qaydada həbsdə ola-ola ona gələn bağlama da aşkar edilən narkotik vasitədən xəbəri olmamışdır. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1195/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1195/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver