Məhkəmə qərarları › İş №3(021)-1198/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1198/2024

23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1198/2024 23.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdə əməklə məşğul olan, Bərdə şəhəri Sənaye küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında səs küy salaraq ucadan ünvansız söyüşlər söydüyü üçün Bərdə rayon Polis şöbəsində 23 noyabr 2024-cü il tarixdə İXM-in 510-cu mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN № ******* saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 izahatında göstərdi ki, 22 noyabr 2024-cü il tarixdə saat 18:32 radələrində Şəxs DİN “102” xidmətinə zəng edərək naməlum şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, məlumat əsasında ünvanda olarkən Şəxs sərxoş vəziyyətdə olduğu müəyyən olunmuş, Şəxs Polis Şöbəsinə gətirilərkən ərizə və izahat verməkdən imtina edərək ucadan nəlayiq söyüşlər söyərək Polis Şöbəsində səs küy salmağa başlamışdır. Barəsində protokol tərtib edərək məhkəməyə gətirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahatında göstərmişdir ki, 22 noyabr 2024-cü il tarixdə içki qəbul edib yatmış, oyananda evdə tanımadığı bir kişinin gəzdiyini görmüş, aralarında mübahisə yaranmışdır, bundan sonra DİN 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, polis əməkdaşları gələrək onu Polis Şöbəsinə aparmışlar. Sonradan evinə qayıdan zaman ona məxsus olan 30 manat pulun evdə olmadığını görmüşdür. Polis Şöbəsində uca səslə danışmadığını, nalayiq ifadələr işlətmədiyini və polisə müqavimət göstərmədiyini bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki,22 noyabr 2024-cü il tarixdə əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Həmin tarixdə saat 18:43-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Bərdə Rayon Polis Şöbəsinə Bərdə şəhəri Sənaye küçəsində yaşayan Şəxs döyülməsi ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat istintaq qrupunun əməkdaşları hadisə yerində olmuşdur. Şəxs spirtli içkinin təsiri altında olduğu üçün onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində spirtli içkinin təsiri altında olması ilə bağlı müayinə olunmuş, daha sonra onu yaşadığı ünvana aparmışlar. Saat 22 radələrində Şəxs yenidən polis şöbəsinə gələrək ucadan ünvansız nəlayiq söyüşlər söymüş, guya polis əməkdaşlarının ona məxsus 30 manatını oğurladığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs AR.İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 noyabr 2024-cü il tarixdə Bərdə rayonu Polis Şöbəsinin inzibati binasında səs küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. İftixar Səfərov tərəfindən tərtib edilmiş raportdan görünür ki, 22 noyabr 2024-cü il tarixdə saat 18:32 radələrində Şəxs DİN “102” xidmətinə zəng edərək naməlum şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, məlumat əsasında ünvanda olarkən Şəxs sərxoş vəziyyətdə olduğu müəyyən olunmuş, Şəxs Polis Şöbəsinə gətirilərkən ərizə və izahat verməkdən imtina edərək ucadan nəlayiq söyüşlər söyərək Polis Şöbəsində səs küy salmağa başlamışdır İşdə olan xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında iş başlanmışdır. İşdə olan 22 noyabr 2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 noyabr 2024-cü ildə saat 22:30 da inzibati qaydada tutulmuşdur. İşdə olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 22 noyabr 2024-cü il tarixli, 23845 nömrəli aktdan görünür ki, Şəxs orta sərxoşluq müəyyən edilmişdir. AR.İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 22 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında səs küy salaraq ucadan ünvansız söyüşlər söyüşlər söymüşdür. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hal onun ilk dəfə inzibati xəta törətməsi və əvvəllər məhkumluğunun olmamasıdır, inzibati xəta törədən şəxsin əməlində onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR. İXM-in 510-cu maddəsi ilə təqsirli bilinib, bаrəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Həmçinin, Şəxs 22 noyabr 2024-cü il saat 22:30-dan Bərdə rayon Polis Şöbəsində inzibati qaydada tutulduğundan dərhal məhkəmə iclas zalından azad edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinib bаrəsində 50 (əlli) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib edən şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar