Məhkəmə qərarları › İş №3(021)-1199/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1199/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1199/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi əmək müfəttişi X11, X2 iştirakları ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidməti Qarabağ Regional şöbəsinin inzibati xəta haqqında 04 iyul 2022-ci il tarixli MN ******* nömrəli qərarından X2 vermiş olduğu şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidməti Qarabağ regional şöbəsinin inzibati xəta haqqında 04 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarından müəyyən olunur ki, X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3500 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. X21 məhkəməyə şikayət verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidməti Qarabağ regional şöbəsi tərəfindən yazılmış 04 iyul 2022-ci il tarixli MN ******* saylı qərarının qanunsuz, əsasız olduğu üçün ləğv edilməsinə dair qərar qəbul edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X21 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayon Koroğlu küçəsində yerləşən “Qarabağ” ailəvi istirahət mərkəzini icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bildirir ki, 14 may 2022-ci il tarixdə saat 15:11 radəllərində 6 nəfər ( 3 qız, 3 oğlan və biri uşaq) olmaqla, onların restoranına gəlmiş, saat 20:00 radələrinə qədər yeyib, içmiş və 201 manat ( iki yüz bir manat) hesabı ödəmədən , qab-qacağı da qıraraq qaçıb getmişlər. Onlara həmin gün xidmət edən X17 DİN-in 102 xidmətinə zəng etmiş, hadisə barədə məlumat vermişdir. Hadisə yerinə dörd nəfər polis işçisi gəlmişdir. Onlardan biri X24 Əsgər oğlu olmuşdur. X4 görüntüləri, polislər gələnə qədər tərəfimizdən həmin şəxslərin kimlikləri, yaşadığı yerlər barədə şifahi və yazılı məlumatlar verilmişdir.Həmin şəxslərin gəldikləri safari rəngli VAZ-2106 markalı, 41-229 dövlət nömrə nişanlı olduğu da təhqiqatçıya bildirilmişdir. X24 , bir həftə sonra arada gəlib ona kömək edən “Qızıl balıq” restoranının işçisi olan, yaxını X9 polis şöbəsinə çağırmışdır. Orada otaqda 2 nəfər əməliyyatçının və Rafilin iştirakı ilə inzibati xətanı törədən şəxslərdən Həsən və Damla adlı şəxslər dindirilmişdir. Onlar hər şeyi etiraf etmiş və qızı restorana olan borcu ödəmək üçün pul gətirməyə göndərmişlər. Lakin sonradan təhqiqatçı X13 heç bir xəbər çıxmamışdır. İyun ayının 13-də Bərdə 17 saylı Regional X19nin Asəf adlı əməkdaşı zəng edib onları Əmək müfəttişliyinə dəvət edəndə bilmişlər ki, X24 Əsgər oğlu həmin şəxslərin əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasını rədd etmişdir. X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələbini pozubpozmamasını müəyyən edərkən həmin maddə ilə tədbir görülməsinin təmin edilməsi üçün qərarın sürətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidmətinin 17 saylı Regional üzrə X14 göndərmişdir. Qeyd edir ki, Qərarı oxuyanda aydın sürətdə görünür ki, araşdırma aparan təhqiqatçı araşdırmanı hadisə törətmiş şəxslər barədə deyil, şikayət etmiş tərəf, yəni restoran və onun işçiləri barədə aparmışdır. Yəni, demək istəmişdir ki, bir daha şikayət etməyin. Hadisə törətmiş şəxslər, kamera görüntüləri, onların gəldikləri maşın məlum olduğu halda hadisəni törətmiş şəxsləri, naməlum şəxslər adlandırmışlar. Guya həmin şəxslər tapılmayıb. Hansı ki, onlar polis şöbəsinə çağırılıb, izahatları Nəcəfov Rafilin, əməliyyatçılar Ədil və Azərin iştirakı ilə alınıb və onlardan biri olan Damla adlı xanım restorana olan borcu ödəmək üçün pul gətirməyə göndəriblər. Ümumiyyətlə qərarda hadisəni törətmiş şəxslər barədə heç bir məlumat yoxdur. Şikayətin səbəbi restoranda olan xuliqanlıq, yeyib- içib pulu verməmək olduğu halda təhqiqatçı nə səbəbdənsə araşdırmanı sahibkarlıq fəaliyyətinin düzgünlüyünü yoxlamaq tərəfinə yönəltmişdir. Bunlarla əlaqədar Bərdə rayon Polis Şöbəsində HK-1-1837 nömrə ilə qeydə alınmış materiaıl üzrə Təhqiqat Bölməsinin X1 verdiyi 24 may 2022-ci il tarixli qərardan Bərdə rayon Prokurorluğuna 22 iyun 2022-ci il tarixdə şikayət vermişdir. Bərdə rayon prokuroru, kiçik ədliyyə müşaviri X28 rayon X20 bölməsində toplanmış HK-1-1837 saylı materiaıı nəzərdən keçirərək 24 may 2022-ci il tarixli qərarı əsassız olduğu üçün 05 iyul 2022-ci il tarixdə ləğv etmişdir. X19ndə olduğum zaman Regional şöbənin rəisi Akif Baxşəliyevə və X37 Məmmədova X20çısının qərarından Bərdə rayon Prokurorluğuna şikayət verdiklərini bildirmişlər. Lakin buna baxmayaraq onu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini tətbiq edərək 3500 (üç min beş yüz) manat cərimə etmişlər. Göstərilənlərə əsasəndə qeyd edilən qərarın ləvğ edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi əmək müfəttişi X22 izahat verərək göstərmişdir ki, X21 əmək müqaviləsi bağlamadan X9 işə cəlb etmişdir. X31 izahatını almamışlar. Bərdə rayon Polis Şöbəsindən gəlmiş material əsasında Ramiz Nağıyevi cərimələmişlər. Qeyd edilənlərə əsasən də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X21 izahat verərək göstərmişdir ki, X16 onun işçisi olmamışdır. Rafil “Qızıl balıq” restoranının işçisidir və onun da yaxın tanışı olduğu üçün bəzən ona könüllü kömək edir. Qanunsuz fəaliyyət göstərmədiyindən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, X19 Xidmətinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün X19 Xidmətinə göndərilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş X19 xidmətinin Qarabağ regional şöbəsinin rəisi X6 inzibati tənbeh vermə haqqında 04 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarın surətindən görünür ki, X3 Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən istirahət mərkəzində X9 əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidməti Qarabağ regional ərazi şöbəsinin 04 iyul 2022-ci il tarixli **********4 saylı məktubundan görünür ki, İnzibati Xətalar Məcəlləsinə əsasən yol verilmiş nöqsana uyğun olaraq X12 barəsində 04 iyul 2022-ci il tarixli ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq cərimə tətbiq olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə rayon X20 Bölməsində toplanmış HK-1/1837 saylı material üzrə hadisəni törətmiş naməlum şəxslərin əməlində cinayət tətbiqi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələblərini pozub-pozmaması müəyyən edilərək barəsində həmin maddə ilə tədbir görülməsinin təmin edilməsi üçün qərarın surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidmətinin 17 saylı Region üzrə X14 göndərilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərardan görünür ki, Bərdə rayon X5 Yusif Əliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 may 2022-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilərək qərarın təsvirləndirici hissəsində göstərilən göstərişlərin yerinə yetirilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi məhkəmə iclasında heç bir sübut növü ilə təsdiq edilməmişdir. Qeyd olunan obyektin X3nun istifadəsində olubolmaması ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamış, Rafil Nəcəfovun izahatı alınmamışdır. X21 məhkəmə iclasında izahat verərkən X8 onun işçisi olmadığını bildirmişdir. Qeyd edilən bu faktlar isə ümumiyyətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən araşdırılmamış, qeyd edilən dəlillərin təkzib edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa X12 İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələbini pozub-pozmamasının aydınlaşdırılması üçün X14 göndərilməsinin qərara alındığı 24 may 2022-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi haqqında qərarı Bərdə rayon prokuroru, kiçik ədliyyə müşaviri Rəşad İsgəndərun 05 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarından müəyyən edilir ki, məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X21 bildirmişdir ki, Rafil Nəcəfov onun işçisi olmadığı üçün əmək müqaviləsi olmamışdır. Yenidən araşdırma zamanı X8 ifadəsi alınmalı, “Qarabağ” ailəvi istirahət mərkəzində işçi olub olmaması, əmək müqaviləsinin olmamasının səbəbi aydınlaşdırılmalıdır. Odur ki, məhkəmə qeyd edir ki, işə yenidən baxılan zaman barəsində qərar qəbul edilmiş şəxs işin baxılması vaxtı və yeri barədə qanunamüvafiq olaraq məlumatlandırılmalıdır. Eyni zamanda, məhkəmə tərəfindən yuxarıda göstərilmiş hallar araşdırılaraq qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X10 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X10 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 04 iyul 2022-ci il tarixli, MN № ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün X14 göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53,105,114, 115, 128, 129 və 130, 133, 134, 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARALDİ Şikayət qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidməti Qarabağ Regional Ərazi şöbəsinin inzibati xəta haqqında 04 iyul 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 xidməti Qarabağ regional Ərazi şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin.Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar