Məhkəmə qərarları › İş №3(021)-1199/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1199/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1199/2024 27.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov X4 rayonu Divanlı kəndində yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24489273 saylı, xx.xx.2024-cü il tarixli EQ 24519974 saylı, xx.xx.2024-cü il tarixli EQ 24548420 saylı və xx.xx.2024-cü il tarixli EQ 24564293 saylı qərarlarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: X2 məhkəməyə şikayətlə müraciət edərək tərtib edilmiş protokolların araşdırılıb ədalətli qərar verilməsinə və cərimə məbləğinin silinməsini xahiş etmişdir. Şikayət və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, X2 xx.xx.2024-cü il tarixli EQ 24489273 saylı, xx.xx.2024-cü il tarixli EQ 24519974 saylı, xx.xx.2024-cü il tarixli EQ 24548420 saylı və xx.xx.2024-cü il tarixli EQ 24564293 saylı inzibati tənbeh vermə haqqında qərarlar üzrə inzibati xətaları Qaradağ rayonu ərazisində, yəni Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM): 129.1 və 129.1.3-cü maddələrinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət və ya protest verilir. 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi məsələsi həll edilir. 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24489273 saylı, xx.xx.2024-cü il tarixli EQ 24519974 saylı, xx.xx.2024-cü il tarixli EQ 24548420 saylı və xx.xx.2024-cü il tarixli EQ 24564293 saylı qərarlarından verdiyi şikayət baxılması üçün aidiyyatı üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3, 132.2-ci maddəsini rəhbər tutaraq, QƏRARVERDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24489273 saylı, xx.xx.2024-cü il tarixli EQ 24519974 saylı, xx.xx.2024-cü il tarixli EQ 24548420 saylı və xx.xx.2024-cü il tarixli EQ 24564293 saylı qərarlarından verdiyi şikayət baxılması üçün aidiyyatı üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar