Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-12/2023 04.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan Şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X6 izahatında göstərdi ki, Bərdə rayonu Meşəçilik İnstitutunda yaşayan X5 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək arvadının işlədiyi dərzixanaya Dilafruz adlı qadının gələrək dərzi yerini dağıtması reklam lövhəsini sındırması və evini yandırmaqla hədələməsi barədə məlumat vermişdir. Həmin məlumt əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə rayonu Meşəçilik İnstitutunda yaşayan Əliağa Ağayev, oğlu Bəhruz Ağayevlə birlikdə, qonşuluqda yaşayan Şəxs evində kirayədə yaşayan qadınları çıxarmağı tələb etmişdir. Şəxs Bəhruz Ağayevə evdə olan kirayəşinləri çıxaracağını söz vermişdir. Eyni zamanda Bəhruz Ağayev şifahi olaraq ərazisinin sahə rəisi Zabil Abbasova məlumat vermişdir. Zabil Abbasov, Şəxs qonşuların narahatçılığını nəzərinə çatdırmışdır. Şəxs əsəbləşərək xx.xx.2022-ci il tarixdə Bərdə rayon Köhnə Bazar ərazisində yerləşən Əliağa Ağayevin dərzi yerinə gedərək, sonuncunu və arvadını orada söyüb təhqir etmiş, obyektin qapısını zərblə çırparaq şüşəsini çatlatmış və reklam lövhəsini cırmışdır. Bundan sonra, Bəhruz Ağayev xx.xx.2022-ci il tarixdə hadisə barədə məlumat aldıqda, Şəxs ilə aralarında söz mübahisəsi baş verdiyinə görə Bəhruz Ağayev DİN-nin 102 xidmətinə zəng edərək, Dilafruz adlı qadının, yəni Şəxs yaşadığı evdə əxlaqsız yuva təşkil etməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs yaşadığı evdə qadınların kirayədə yaşamasına baxmayaraq evə kənar şəxslərin gəlməsi öz təsdiqini tapmamışdır. X1 müraciəti əsasında, Şəxs Bərdə rayonu Köhnə bazar ərazisində dərzi yerinin reklam lövhəsini cırması və onu söyüb təhqir etməsi barədə toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkib hissəsi olduğundan tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, zərərçəkmiş şəxs X5 ilə barışmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən onun barəsində inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərdi ki, Şəxs ilə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsinə əsasən təqsirli hesab edilməli, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkib əlaməti olmadığından cinayət işi başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Lakin məhkəmə hesab edir ki, hazırki iş üzrə icraat xitam verilməlidir. Belə ki, İnzibati işin materiallarından görünür ki, hadisə xx.xx.2022-ci il taixdə baş vermiş, 22.09 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərar ilə Şəxs oğlunun əməlində cinayət tərkib əlaməti olmadığından cinayət işi başlanılması rədd edilmiş, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlaməti olduğundan toplanmış material Bərdə rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmiş, Bərdə rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq xx.xx.2023-cüil tarixdə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın qəbul edilməsindən 03 aydan artıq müddət keçdikdən sonra inzibati xəta haqqında materialı Polis şöbəsi məhkəməyə göndərmiş, bununla da müddətin ötürülməsinə zəruri şərait yaranmasına səbəb olmuşdur. Belə olan halda İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçmiş olur. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 53.0.6-cı maddəsinə əsasən- bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinməli, “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarın qəbul edilməsindən 03 aydan artıq vaxt keçdiyindən barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 38, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata müddətin keçməsi ilə əlaqədar xitam verilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-12/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-12/2023
04.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver