Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-120/2025 05.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsindən baxılması üçün Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işinin materiallarını araşdırıb, hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və icraat materialları məhkəməyə natamam təqdim edilmişdir. Belə ki, protokola silahın ekspertizası barədə ekspert rəyi, fotoşəkillər, silahın əldə edilməsinə xüsusi icazənin olub-olmadığını təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsi ilə tərtib olunmuş 4 mart 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-120/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-120/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver