Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1200/2022 28.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə Rayon Yol Patrul inspektoru X2, Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, Bərdə Rayon Yol Patrul inspektoru X2 06 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barəsində inzibati qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X1 barəsində Bərdə Rayon Yol Patrul inspektoru X4 tərəfindən tərtib edilmiş 06 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 06 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Məhkəmə iclasında şikayətçi X3 bildirdi ki, 06 sentyabr 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq protokol yazılmışdır. Belə ki, onun ürəyində problemlər yarandığı üçün maşının həyəcan siqnalını da yandıraraq, dərman almaq üçün gedmişdir. Buna görə də 20 AZN məbləğində cərimə olunmuşdur. Lakin heç bir halda bu məbləği ödəməyə maddi imkanı yoxdur. Protokolun ləğv edilməsini xahiş etdi. Məhkəm iclasında Bərdə Rayon Yol Patrul inspektoru X4 bildirdi ki, sürücü qanunsuz yerdə avtomobilini park etdiyindən ona cərimə yazılıb. Şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli EQ 11254860 saylı protokoldan görünür ki, X3 06 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə 20 manat cərimə edilmişdir. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan foroşəkildən də müəyyən edilir ki, şikayətçi X3 avtomobilini qanunla qadağan edilmiş yerdə saxlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Şəxsin təqsirli olub-olmaması ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, ya da inzibati xətaya baxmağa səlahiyyəti olan orqanın müvafiq qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Lakin hazırki şikayət ərizəsi ilə şikayətçi inzibati protokolu mübahisələndirmişdir ki, bu hal da özü-özlüyündə inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olduğu halda barəsində inzibati icraat aparılan X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında olan qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati icraat aparılan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1200/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1200/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver