Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1202/2021 30.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Bərdə Rayon Polis Şöbəsinin, X8 Bölməsinin TP ******* 16.09.2021-ci il tarixli elektron Qərarın və onun əsasının təşkil edən ******* saylı, 06.09.2021-ci il tarixli elektron protokolun ləğv edilməsinə dair şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 məhkəməyə şikayət verərək Bərdə Rayon Polis Şöbəsinin, X8 Bölməsinin TP ******* 16.09.2021-ci il tarixli elektron Qərarın və onun əsasının təşkil edən ******* saylı, 06.09.2021-ci il tarixli elektron protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində DYPX nin Vİİİ tağım inspektoru Məsim Cəfərov tərəfindən Azərabcyan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən ******* saylı 06.09.2201-ci il tarixli protokol tərtib edilmiş və həmin protokol əsasında Bərdə r\n DYP bölməsinin polis mayoru Şükran Cəfərov 16 09 2201-ci il tarixdə basində AR İXM-nin 327.1 ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 40 manat cərimə tətbiq edilmişdir. Lakin ona yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması ilə bağlı nə fotoşəkiollər nə də radar video görüntüləri təqdim edilməyibdir. Odur ki, məhkəmədən Bərdə Rayon Polis Şöbəsinin, X8 Bölməsinin TP ******* 16.09.2021-ci il tarixli elektron Qərarın və onun əsasının təşkil edən ******* saylı, 06.09.2021-ci il tarixli elektron protokolun ləğv edilməsi ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bərdə Rayon Polis Şöbəsinə və şikayətçiyə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayəti və şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Vİİİ Tağım YPX inspektoru, polis serjantı X4 tərəfindən tərtib edilmiş 06.09.2021 il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 06.09.2021-ci il tarixdə saat 09:33-də X3 idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobillə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş CD-də X2 idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobillə İXM-nin 327.1-ci maddəsinin tələbinin video görüntüsü qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Vİİİ Tağım YPX inspektoru, polis serjantı X4 tərəfindən 06.09.2021-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda göstərilmişdir ki, X3 idarə etdiyi “MİTSUBİSHİ PAJERO- İO” minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobillə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, Bərdə Rayon Polis Şöbəsinin, X8 Bölməsinin TP ******* 16.09.2021-ci il tarixli elektron Qərarın və onun əsasının təşkil edən ******* saylı, 06.09.2021-ci il tarixli elektron protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, Vİİİ Tağım YPX inspektoru, polis serjantı X4 tərəfindən 06.09.2021-ci il tarixdə İXP ******* saylı protokolda X3 06.09.2021-ci il tarixdə idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobillə İXMin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir Şikayətin məzmunundan görünür ki, şikayətçi X3 özünün idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobillə yol hərəkət qaydalarının tələbini pozmadığı halda barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması ilə bağlı nə fotoşəkiollər nə də radar video görüntüləri təqdim edilməmişdir. Məhkəmə şikayətçinin həmin arqumentinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan video görüntüdən aşkar şəkildə görünür ki, X2 idarə etdiyi “MİTSUBİSHİ PAJERO-İO” minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobil öz hərəkət zolağından digər hərəkət zolağına yerdəyişmə manevri edərkən arxadan eyni istiqamətdə avtomobillərin hərəkətdə olmasına məhəl qoymayaraq manevr (dönmə) işığından (qırpıcıqdan) istifadə etməmiş, bununla da İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək və qiymətləndirib hesab edir ki şikayət təmin edilməməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1202/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1202/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver