Məhkəmə qərarları › İş №3(021)-1204/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1204/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1204/2024 06.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxxx 2002-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, evli, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş 24 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12 oktyabr 2024-cü il tarixdə saat 1730 radələrində idarə etdiyi VAZ-2106 minik markalı **-LM- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə-Tərtər yolunun Bərdə rayonu Zümürxan kəndi ərazisindən küçən 4-cü kilometrliyində Bərdə rayonu istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “X8” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin, 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı olduğu halda bunu etməyərək, idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə onunla eyni istiqamətdə qarşıda yolun üzərində sola doğru dönmə əməliyyatı etmək üçün dayanmış, sürücü X5 idarə etdiyi “Vaz 21060 minik” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hisəsindən yolun mərkəzi hissəsindən keçən ağ qırıq-qırıq xətdən sağa doğru 1.8 metr məsafədə vurub toqquşmuş, nəticədə X1 alın nahiyəsində ortada əzilmiş-cırılmış yarası, sol üst göz qapağı-alın nahiyəsinin, sol dizoynağının ön səthinin sıyrıqları ilə müaşyət olunun dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti və özünün sol üst qapağı, burun kökü nahiyəsinin əzilmiş-cırılmış yarası, burun beli nahiyəsinin sıyrığı ilə müaşyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, idarə etdiyi VAZ-21060 minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adınadır. Həmin avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü ildə axşam saatlarında idarə etdiyi avtomobillə əmisi oğlu X2 ilə birlikdə Bərdə şəhərinə getmək üçün yaşadığı Bərdə rayonu Zümürxan kəndindən yola düşmüşdür. Saat 1730 radələrində idarə etdiyi avtomobillə Bərdə-Tərtər yolunun sağ hərəkət zolağı ilə Bərdə şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən, idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə onunla eyni istiqamətdə qarşıda yolun üzərində sola doğru dönmə əməliyyatı etmək üçün dayanmış, X5 idarə etdiyi VAZ-21060 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hisəsindən vurub toqquşmuşdur. Hadisə nəticəsində avtomobilində sərnişin kimi əyləşmiş X3 alın nahiyəsindən xəsarət almışdır. Səhvini başa düşür, əməlindən peşimandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X3 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Şəxs idarə etdiyi VAZ-21060 minik markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Zümürxan kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən, Şəxs idarə etdiyi avtomobillə qarşıda yolun üzərində sola doğru dönmə əməliyyatı etmək üçün dayanmış, X5 idarə etdiyi VAZ-21060 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hisəsindən vurub toqquşmuşdur. Hadisə nəticəsində xəsarət almışdır. Şəxs qohumudur, ondan heç bir şikayıt və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilməsi, sürücü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibatf Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX Alayına göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 24 noyabr 2024-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs əməlindən səmimi peşiman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 oktyabr 2024-cü il tarixli qərarı, inzibati xəta haqqında 24 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin: 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Cərimə Baş X10 İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar