Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1205/2022 28.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə, Ermənistan Ararat rayonunda anadan olmuş, Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətindən daxil olunmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.3 və 343.1-ci maddələri ilə tərtib edilmiş İXP ******* saylı 16 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə tərtib edilmiş İXP ******* saylı 11 .09. 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, o, VAZ 21083 markalı 44BN545 dövlət nömrə nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozmaqla sərxoş vəziyyətdə idarə edərkən polis əməkdaşları tərəfindən saxladılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməsi təklif olunmuş, lakin Şəxs tibbi müayinədən imtina etmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 bildirdi ki, Şəxs avtomobili idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuş və sərxoş olduğundan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməsi təklif olunmuş, lakin o, tibbi müayinədən imtina etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 329.3 və 343.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, o içkili vəziyyətdə maşın sürməmişdir. 1 bakal pivə alıb maşında içib yatmışdır. Yol Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşıb sərxoş olduğunu bildirərərək polis şöbəsinə aparmışdırlar. O, alkoqol qəbul etsəsə də avtomobil idarə etmədiyindən tibbi müayinəyə getməkdən imtina etmişdir. Protokol barəsində əsasız tərtib edilmişdir. Protokolun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1ci maddələri ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən tərtib edilən protokol qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. İşdə olan Bərdə Rayon Məhkəməsinin 3(021)750/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti tərəfindən isə Şəxs barəsində İXP ******* saylı 16 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol İXM-in 329.3 və 343.1-ci maddələri ilə tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə müəyyən olunur ki, Şəxs hazırki iş üzrə inzibati xətanı tərədərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmamış, lakin barəsində tətib olunmuş protokol nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsə münasibətdə tərtib olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinə geri qaytarılsın. X4
Məhkəmə qərarları › İş №3(021)-1205/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1205/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver