Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1207/2022 18.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1985-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510 və 535.1-ci mаddələri ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 18 sentyabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayon Polis Şöbəsinin qapı postunda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayon Polis Şöbəsinin qapı postunda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu bildirdi və məhkəmədən bağışlanmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayon polis şöbəsində olarkən bir nəfər şəxs qəfildən içəri daxil olmaq istədi, həmin şəxs yüksək dərəcəli sərxoş idi və qapı postu həmin şəxsin içəri girməsinin qarşısını alan zaman uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin şəxs təkrar onların qanuni tələblərini pozmağa çalışmışdır. Həmin şəxs onlara hücum edərək əl-qol hərəkətləri etmişdir və polis əməkdaşının xidməti geyim formamı yararsız vəziyyətə salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı X5 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayon polis şöbəsinin qapi postunda Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Səxavət Həsənov ilə xidmətdə olərkən bir nəfər şəxs qəfildən içəri daxil olmaq istədi, həmin şəxs yüksək dərəcəli sərxoş idi və onlar həmin şəxsin icəri girməsinin qarşısını alan zaman uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin şəxs təkrar onların qanuni tələblərini pozmağa çalışmışdır. Həmin şəxs onlara hücum edərək əl qol hərəkətləri etmişdir və onun xidməti geyim formamı yararsız vəziyyətə salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı X4 digər şahid X5 ilə eyni məzmunlu izahat verərək onun dediklərini təsdiqlədi. İşdə olan xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayon Polis Şöbəsinin qapı postunda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 13814 saylı xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Şəxs ağır dərəcəli sərxoş olmuşdur. İşdə olan İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis əməkdaşının izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı və iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə səxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində daha ciddi inzibati tənbeh hesab edilən inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati həbs tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində inzibati qaydada tutulsa da, tutularkən ağır dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə görə İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 18 sentyabr 2022-ci il tаrixdən, saat 12:40–dan hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 112,114, 115, 117 128-130-cu maddələrini rəhbər tutub Q ə r a r a a l d ı: Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinərək bаrəsində 25 (iyirmi beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 18 sentyabr 2022-ci il tаrixdən, saat 12:40–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1207/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1207/2022
18.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver