Məhkəmə qərarları › İş №3(021)-1207/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1207/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1207/2024 27.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Bərdə Rayon Polis X15 Xidməti Bölməsinin baş inspektoru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, ali təhsilli, evli, işləməyən, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində “VAZ-21063 minik” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək Bərdə rayonu Mirzalıbəyli kəndi istiqamətindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən Bərdə şəhəri Bakı küçəsində yerləşən “yanğın dairəsi” adlanan dairəyə daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərini pozaraq həmin dairədə hərəkətdə olan X5 idarə etdiyi **-ZA-*** dövlət qeydiyyat nişanlı “SP yarımqoşqu” markalı konteyner daşıyan meydança tipli qoşqu qoşulu olan “MAN” markalı yəhərli-dartıcı tipli **- FJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yol verməyərək, həmin avtomobilin dairədə hərəkətini tamamlamasını gözləməmiş, həmin avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən X10 alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözaltı, alının sağ yarısının sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saat 09 radələrində yaşadığı evdə yemək yemiş və yeməklə birlikdə spirtli içki qəbul etmişdir. Yemək yedikdən sonra etibarnamə ilə idarə etdiyi “VAZ-21063 minik” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, Heyran Quliyevanı yaşadığı evdən götürərək Bərdə rayonu Mollalı kəndinə tanışının yanına aparmışdır. Saat 23 radələrində tanışı X10 ilə Bərdə rayonu Mollalı kəndindən Bərdə şəhərinə geri qayıdarkən Bərdə rayonu Mirzalıbəyli kəndi istiqamətindən Bərdə şəhəri Bakı küçəsində yerləşən “yanğın dairəsi” adlanan dairəyə daxil olarkən Yevlax rayonu istiqamətində hərəkətdə olan “MAN” markalı avtomobilin onun dairəyə daxil olub keçməsini gözləyəcəyini fikirləşərək dairəyə daxil olmuşdur. “MAN” markalı avtomobil dairəyə daxil olmuş və o, həmin avtomobilin arxa sağ tərəfi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomobildə arxa oturacaqda sərnişin qismində əyləşmiş X10 xəsarət aldığına görə sonuncunu X7 aparmış, Heyrana tibbi yardımın göstərilməsi üçün lazım olan hər şeyi etmişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 göstərdi ki, tanışı Şəxs işsiz olduğunu və ona iş tapmaqda köməklik etməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində tanışı Şəxs idarə etdiyi “VAZ-21063 MİNİK” markalı **- LU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onu yaşadığı evdən götürərək Bərdə rayonu Mollalı kəndinə iş düzəltməkdə köməklik edə biləcək tanışının yanına aparmışdır. Saat 23 radələrində Bərdə rayonu Mollallı kəndindən Şəxs idarə etdiyi avtomobillə geri qayıdarkən Bərdə rayonu Mirzalıbəyli kəndi istiqamətindən Bərdə şəhəri Bakı küçəsində yerləşən “Yanğın dairəsi” adlanan dairəyə daxil olarkən “MAN” markalı avtomobilin arxa sağ hissəsilə toqquşmuşlar. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından Şəxs onu Bərdə rayonu Diaqnostika mərkəzinə aparmış və aptelkdən ona sərf olunan dərman vasitələrini almışdır. Hazırda səhhətində heç bir problem yoxdur. Şəxs şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Bərdə Rayon Polis X15 Xidməti Bölməsinin baş inspektoru X8 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində “VAZ-21063 minik” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək Bərdə rayonu Mirzalıbəyli kəndi istiqamətindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən Bərdə şəhəri Bakı küçəsində yerləşən “yanğın dairəsi” adlanan dairəyə daxil olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərini pozaraq həmin dairədə hərəkətdə olan X5 idarə etdiyi **- ZA-*** dövlət qeydiyyat nişanlı “SP yarımqoşqu” markalı konteyner daşıyan meydança tipli qoşqu qoşulu olan “MAN” markalı yəhərli-dartıcı tipli **-FJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yol verməyərək, həmin avtomobilin dairədə hərəkətini tamamlamasını gözləməmiş, həmin avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən X10 alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözaltı, alının sağ yarısının sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan: Bərdə Rayon Polis X2 təhqiqatçısı X3 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Bərdə RPŞ-nin X17 Bölməsinə göndərilməsi qərara alınmışdır. 02 avqust 2024-cü il tarixli 1002 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcə alkoqol sərxoşluğu aşkar edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 06 avqust 2024-cü il tarixli, 611 saylı Rəydən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözaltı, alının sağ yarısının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşin gerçək hallarından görünür ki, inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmandır. O, baş vermiş hadisədən sonra zərərçəkmiş şəxs X6 dərhal yaxınlıqda olan xəstəxanaya apararaq ona tibbi yardım göstərilməsinə nail olmuşdur. Zərərçəkmiş şəxs X10 inzibati xəta törətmiş şəxs Şəxsla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. İXM-nin 32-ci maddəsinə əsasən (İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar): 32.1. İnzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. 32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxslə barışması və ona qarşı şikayət və tələbinin olmaması inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyəti yüngülləşdirən hallardır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında 27 noyabr 2024-cü il tarixli, AP seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X15 Xidməti Bölməsinin baş inspektoru X8 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, zərərçəkmiş şəxsin ifadəsi, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və ya iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur, Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin: 333.3-cü maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas məqsədi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilsin. Cərimə Baş X17 İdarəsi, VÖEN **********, 1 saylı Xəzinədarlıq idarəsi, VÖEN **********, ABB Mərkəzi filialı, VÖEN **********, kod 805722, müxbir hesab **********944, SWİFT Bik İBAZAZ2X, H/H ******************** hesabına ödənilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar