Məhkəmə qərarları › İş №3(021)-1208/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1208/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1208/2022 20.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, X1 tərəfindən EQ 11159943 saylı xx.xx.2022 saylı inzibati xəta haqqında protokoldan verilmiş şikayətə baxaraq , məhkəmə MÜƏYYƏNETDİ: X1 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş EQ 11159943 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini, əsassız yazılmış 40 manat məbləğində inzibati cərimənin silinməsini, EQ 11159943 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, X1 tərəfindən EQ 11159943 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X1 şikayətini əsaslandırdığı sənədləri şikayətə əlavə etmədən məhkəməyə müraciət etmiş, həmçinin inzibati xəta haqqında iş üzrə qərardan şikayət verməli olduğu halda, inzibati xəta haqqında iş üzrə protokoldan şikayət vermişdir. Bundan başqa inzibati xəta haqqında iş üzrə protokoldan şikayət versə də, sözügedən protokolu şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, İXM protokoldan şikayət verilməsini deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, X1 tərəfindən EQ 11159943 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: X1 tərəfindən EQ 11159943 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verilmiş şikayət geri qaytarılsın . Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar