Məhkəmə qərarları › İş №3(021)-1208/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1208/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1208/2024 09.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas katibliyi, qərardan şikayət verən şəxsin nümayəndəsi X1 iştirakı ilə, 10 iyul 1982-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu Divanlı kəndində yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tərtib edilmiş İnzibati Tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərarlar tərtib edilən X4 məhkəməyə şikayət verərək barəsində yazılan qərarların ləğv edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 08, 10 noyabr 2024-cü il tarixlərində 90 VY-393 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz 1843 LS” markalı yəhərli dartıcı nəqliyyat vasitəsi və ona qoşulu olan **-ZE-*** dövlət qeydiyyat nömrəli RÖHR markalı yanacaq daşıyan yarımqoşqu (yanacaq çəni) ilə M-2 47,9 km Qaradağ rayonu səngəçal qəsəbəsi,Ələt istiqamətində hərəkətdə olarkən telefonuna SMS vasitəsilə EQ24564293, EQ24586785 nömrəli, EQ24586785 nömrəli protokollarla qeyd olunmuş 600 AZN məbləğində cərimə bildirişləri gəlmişdir. X3 Məcəlləsinin 353.2-ci iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parameterlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi maddəsi ilə cərimə tətbiq olunmuşdur. Ona məxsus olan avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Aİ 92 və Aİ 95 benzin yanacağı daşıyır. Həmin maşının yanacaq çəni zavod istehsalı olduğundan beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Odur ki, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında X4 ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət faktiki sübutlarla sübut edilmədiyindən və əsassız olduğundan rədd edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 17596436 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 10 iyul 1982-ci ildə anadan olmuş, Bərdə rayonu Divanlı kəndində yaşayır. İş materillarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 B1,B.C1,E,CE kateqoriyası üzrə sürücülük hüququ vardır. ƏN-Vİ 437267 nömrəli etibarnamənin surətindən görünür ki, X5 məxsus 99ZE893 dövlət qeydiyyat nömrəli RÖHR yarımqoşqu X2 idarə etmək üçün verilmişdir. İş materiallarında olan Təhlükləli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının 4 nömrəli əlavəsindən görünür ki, Daxili İşlər Nazirliyi Baş DYPİ ilə Fövqəladə Hallar Nazirliyi X7 Görülməsi və X11 Dövlət Agentliyi 20 aprel 2023-cü ildən 16 mart 2024-cü il tarixədək “Mercedes Benz 1843 LS” markalı ** VY *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, RÖHR markalı ** ZE *** dövlət qeydiyyat nişanlı yarımqoşqu yanacaq çəni ilə 36 ton benzin, dizel yanacaq daşınmasına icazə verilməsi razılaşdırılmışdır. EQ 24564293 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X4 idarə etdiyi “Mercedes Benz 1843 LS” markalı ** VY *** dövlət qeydiyyat nişanlı yük maşını ilə M-2 47,9 km Qaradağ rayonu səngəçal qəsəbəsi,Ələt istiqamətində iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat cərimə edilmişdir. EQ 24586785 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X4 idarə etdiyi “Mercedes Benz 1843 LS” markalı ** VY *** dövlət qeydiyyat nişanlı yük maşını ilə M-2 47,9 km Qaradağ rayonu səngəçal qəsəbəsi,Ələt istiqamətində iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iş materiallarında olan dan Təhlükləli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının 4 nömrəli əlavəsindən görünür ki, Daxili İşlər Nazirliyi Baş DYPİ ilə Fövqəladə Hallar Nazirliyi X7 Görülməsi və X11 Dövlət Agentliyi 20 aprel 2023-cü ildən 16 mart 2024-cü il tarixədək “Mercedes Benz 1843 LS” markalı ** VY *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı, RÖHR markalı ** ZE *** dövlət qeydiyyat nişanlı yarımqoşqu yanacaq çəni ilə 36 ton benzin, dizel yanacaq daşınmasına icazə verilməsi razılaşdırılmışdır. Bundan başqa iş üzrə nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətindən yəhərli dartıcının maksimal kütləsinin 18000 kq və ROHR yarımqoşqunun maksimal kütləsinin 34000 kq olması aydın görünür. İnzibati tənbehvermə haqqında qərarlardan isə X1 Mercedes Benz 1843 LS Yük markalı ** VY *** qeydiyyat nişanlı nəqliyyat vasitələrinin maksimum kütləsinin 40000 kq olması, xx.xx.2024-cü ildə faktiki kütləsinin 42910 kq, xx.xx.2024-cü ildə isə 46600 kq olması görünür. Göründüyü kimi X4 yükdaşınması üçün müəyyən edilmiş limitdən çox yük daşımaqla inzibati xəta hadisəsinə yol vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; İXM-in 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-in 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət rədd edilsin. X4 barəsində tərtib edilmiş EQ 24564293 nömrəli xx.xx.2024-cü il tarixli və EQ 24586785 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən qüvvədə saxlansın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar