Məhkəmə qərarları › İş №3(021)-1212/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1212/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1212/2024 29.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Bərdə Rayon Polis Şöbəsi İTB, polis sahə rəisi X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1982-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, evli, işsiz, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraatın başlanması haqqında Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Otuzikilər kəndində yaşayan X3 döymüşdür. Məhkəmə iclasında protokol tərtib edən Bərdə Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X8 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs sağ göz və üz nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq qəsdən sonuncuya xəsarətlə yetirdikdən sonra arvadı X7 ilə mübahisə edərək sonuncunun baş nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi vuraraq Cəhalə Talıbovaya qəsdən fiziki ağrı yetirmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bərdə rayonu Otuzikilər kəndində yaşayır. Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı birinci qrup əlilidir, nitq qüsurludur. xx.xx.2024-cü tarixdə saat 22 radələrində yaşadığı evə gəldikdən sonra azyaşlı övladı Vaqif Məmmədovun çılpaq halda eyvanda oturub üşüdüyünü görüb, uşağı çılpaq qoyduğu üçün arvadı X4 əsəbləşmişdir, ona görə də Cəlalə Talıbova ilə aralarında mübahisə olmuş, Cəlalənin üz və qol nahiyyəsinə sillə vurmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs səsküydən qorxduğu üçün əlləri ilə üzünü cırmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclаsındа iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, hazırda Şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. xx.xx.2024-cü il tarixli inzibati iş üzrə zərəçəkmiş şəxs kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, təsviri hissədə göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmışdır. İnzibati işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sağlamlığın pozulmasına səbəb olmayan xəsarətlər yetirdiyinə görə onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə üzrə icraat başlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barışdıqlarını, ondan şikayət və tələbinin olmadığını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrdan qərarın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar