Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1214/2024 10.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsindən baxılması üçün Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Bərdə Rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq, protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izhatında göstərmişdir ki, Bərdə rayon Qaradırnaq kəndinə yaşayır, onunla bir evdə qardaşı Rəşad yaşayır. Digər qardaşı Elşad isə ailə quraraq ata həyətində tikdiyi bir otaqlı evdə yaşayır. Elşadın arvadı Cinarə onun xalası qızıdır. Cinarə mütamadi olaraq ailəsində narahatçılıq edir. Onun barəsində etdiyi şikayətlə tanış olub deyə bilər ki, o, Cinarəni heç zaman döyməmişdir. Heç zaman onun ördəklərinə güllə atmamışdır. Cinarədə psixoloji problem var tez tez polisə şikayətlər edir. Lakin onun vəfat etmiş atası X2 ona ij58 markalı qoşa lüləli 16 kalibirli P4633 nömrəli mülki ov silahı qalmışdır. Həmin silahın sənədi var, lakin sənədi tapa bilmir, tapıb təqdim edəcəkdir, silah olsada patronu yoxdur, silahdan atəş açılmamışdır. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və icraat materialları məhkəməyə natamam təqdim edilmişdir. Belə ki, protokola silahın ekspertizası barədə ekspert rəyi, fotoşəkillər, silahın əldə edilməsinə xüsusi icazənin olub-olmadığını təsdiq edən sənəd əlavə edilməmiş, inzibati xəta haqqında MN ******* saylı protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3-cü maddəsinə uyğun olaraq vətəndaşın fərdi identifikasiya nömrəsi daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsi ilə tərtib olunmuş 29 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1214/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1214/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver