Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1215/2021 24.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1993-cü ildə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, ailəli, işləməyən, Bərdə rayonu, Qazaxlar kəndində yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 18.04.2021-ci ildə saat 11:44-də radələrində Bərdə rayonunda idarə etdiyi VAZ-2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı müəyyən edilmişdir ki, sürücü avtomobili sərxoş vəziyyətdə edir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilmiş və izahat verib bildirmişdir ki, özünə məxsus VAZ-2107 markalı **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ əsasında idarə edir. 18.04.2021ci ildə spirtli içki içmiş, saat 11:40 radələrində idarə etdiyi VAZ-2107 markalı avtomobillə Bərdə rayonu ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyindən polis əməkdaşları onu saxlamış və avtomobili sərxoş vəziyyətdə idarə etdiyini müəyyən etmişdir. Əvvəllər də sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün cərimə edilmişdir. Səhvini başa düşdüyünü, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 22.04.2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İnzibati işin materiallarda olan 21.03.2021-ci il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya görə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin inzibati işin materiallarda olan 18.04.2021-ci il tarixli 487 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. Onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cüi maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Azərbaycan Respublikası İXM-nin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 23, 357, 360, 362, 365, 425-426 430-432-ci maddələrini əldə rəhbər tutub QƏRARA A LDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Azərbaycan Respublikası Baş X3 İdarəsi və Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1215/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1215/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver