Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1215/2022 21.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayon Dəymədağıldı kəndində anadan olmuş, Bərdə rayon Dəymədağıldı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(021)- 2964/2018 nömrəli icra sənədi üzrə Şəxs X1 3780 manat aliment borcu yaranmışdır. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Mahru Nağıyeva tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin rəisi X3 izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(021)-2964/2018 nömrəli icra sənədi üzrə Şəxs X1 3780 manat aliment borcu yaranmışdır. Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarış təqdim edərək bildirdi ki, onun sosial müavinət kartından müxtəlif vaxtlarda məxariclər olmuşdur. Hesab edir ki, həmin tutulmalar Bərdə Rayon Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2(021)-2964/2018 nömrəli icra sənədi üzrə olmuşdur. Belə olduğu halda onun icra sənədi üzrə 3780 manat borcu ola bilməz. Məhkəmədən protokolun rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon İcra Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, məhkəmə borclu tərəfindən təqdim olunmuş hesabdan çıxarışı nəzərdən keçirərkən onun kart hesabından müxtəlif tarixlərdə məxariclərin olunduğu müəyyən etsə də, həmin məbləğlərin nə qədər təşkil etməsini və hansı hesab üzrə tutulmasını müəyyən edə bilməmişdir. İcra məmuru isə buna heç bir aydınlıq gətirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Qabil Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1215/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1215/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver