Məhkəmə qərarları › İş №3(021)-1219/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1219/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1219/2024 02.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, mülki iş üzrə tələbkar X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1988-ci ildə Bərdə rayonu Piyadalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar X5 5430 manat aliment borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən hər ay bir uşağın saxlanılması üçün Aytən Əsgərovaya 120 manat aliment ödəməlidir. İşləmədiyinə görə aliment borcunu ödəyə bilməmişdir. X9 5430 manat aliment borcu var. 2025-ci ilin fevral ayına işlə tıəmin olunacaq. Bundan sonra aliment borcunu hissə-hissə ödəyə bilər. Hazırda borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Aliment borcunu ödəmədiyinə görə əvvəllər də inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda himayəsində ikinci ailəsindən iki azyaşlı uşağı var. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında mülki iş üzrə tələbkar X7 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən Şəxs hər ay 120 manat məbləğində aliment tutularaq ona verilməlidir. Şəxs aliment borcunu vaxtı-vaxtında ödəməmiş, hazırda 5430 manat məbləğində aliment borcu var. Dəfələrlə tələb olunmasına baxmayaraq Şəxs aliment borcunu ödəməmişdir. Sonuncu aliment borcunu ödəmədiyindən əvvəllər də bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 120 manat məbləğində aliment tutularaq X5 ödənilməlidir. Şəxs hazırda 5430 manat məbləğində aliment borcu var. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Şəxs aliment borcunu ödəməmiş, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini icra etməkdən boyun qaçırmışdır. Sonuncu aliment borcunu ödəmədiyinə görə əvvəllər də bir neçə dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin buna baxmayaraq yenə də aliment borcunu ödəmir. Şəxs borcunu ödəmədiyindən 02 dekabr 2024-cü il tarixdə saat 1640-da Bərdə Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli 2(021)-2355/2018 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 mart 2018-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi, Şəxs dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin etmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 3(021)-786/2013 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati həbs etmənin əvvəlinin 26 aprel 2023-cü il tarixdən saat 1240-dan hesablanması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 3(021)-1645/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilməsi, inzibati həbs etmənin əvvəlinin 06 noyabr 2023-cü il tarixdən saat 1645-dən hesablanması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 3(021)-1005/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, mülki iş üzrə tələbkarın və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 02 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2(021)-2355/2018 saylı icra sənədinə əsasən Şəxs hər ay bir uşağın saxlanılması üçün 120 manat məbləğində aliment tutularaq tələbkar X5 ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədi üzrə ödənilməyən məbləğin 5430 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 02 dekabr 2024-cü ildə saat 1640-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 02 dekabr 2024-cü il saat 1640-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 02 dekabr 2024-cü il saat 1640-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar