Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-122/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin vəkili X9 iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş, orta təhsilli, işləməyən, Bərdə rayonu Güloğlular kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023cü il tarixli, 2(021)-389/2023 saylı icra sənədi üzrə tələbkara 1570 manat aliment borcu, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(021)-2768/2023 saylı icra sənədi üzrə 2840 manat olmaqla, cəmi 4410 manat məbləğində borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən Ülviyyə Abbaszadəyə hər ay bir uşağın saxlanılması üçün 160 manat aliment ödəməlidir. Bundan başqa Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(021)- 2768/2023 saylı icra sənədinə əsasən Ülviyyə Abbaszadəyə məxsus əmlakları və ya onların dəyərini sonuncuya ödəməlidir. Ülviyyə Abbaszadəyə hər iki icra sənədi üzrə cəmi 4410 manat məbləğində borcu var. Heç bir yerdə işləmir, borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Ancaq borcunu hissə-hissə ödəyə bilər. 13 fevral 2024-cü il tarixdə saat 1000 radələrində saxlanılaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay 160 manat aliment alınaraq X3, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs Mübariz oğlundan və qeyrilərindən X3 məxsus əmlakın və ya onların dəyərinin alınaraq sonuncuya verilməlidir. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini icra etməmiş, hazırda hər iki qətnamə üzər 4410 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Tərəfindən borcludan borcun ödənilməsi tələb edilsə də, heç bir nəticəsi olmamış, Şəxs qətnamələrin icrasından boyun qaçırmışdır. Şəxs 13 fevral 2024-cü il tarixdə saat 1000 radələrində saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(021)-389/2023 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Şəxs ilə X7 arasında 19 iyul 2019-cü il tarixdə Bərdə Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində 842 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 22 may 2019-cu il təvəllüdlü X4 anası X1 yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş 22 may 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 160 (yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs alınaraq X1 xeyrinə tutulması, alimnetin tutulmasının 26 oktyabr 2022-ci tarixdən hesablanması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iş üzrə 50 (əlli) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(021)-2768/2023 saylı icra vərəqəsindən görünür ki, iddiaçı X1 cavabdehlər Şəxs Mübariz oğluna, X11 və X5 qarşı “Əmlak tələbi”nə dair iddiası təmin edilmiş, cavabdehlər Şəxs Mübariz oğlundan, X8 və X2 müştərək qaydada 600 manat dəyərində 3,5 qram çəkidə, 583 əyarlı nişan üzüyü (briliyant qaşlı), 1440 manat dəyərində, 18 qram çəkidə, 585 əyarlı dəst (boyunbağı, qolbağı), 560 manat dəyərində 7 qram çəkidə, 585 əyarlı dəst (sırğa, üzük), 240 manat dəyərində 1 ədəd 3 qram çəkidə, 583 əyarlı sırğa, 4000 manat dəyərində mebel dəsti (yataq matrası, şifoner, güzgülü termo, termo stulu, tumba 2 ədəd, qonaq stolu-1 ədəd, 6 ədəd stul, divankreslo dəsti, jurnal stolu), 60 manat dəyərində 1 ədəd tozsoran, 80 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 1 ədəd pərdə kapsella, 20 manat dəyərində 1 ədəd karniz, 30 manat dəyərində 1 ədəd çilçıraq, 20 manat dəyərində 1 ədəd saat, 100 manat dəyərində 5 ədəd yastıq, 250 manat dəyərində 5 ədəd yorğan, 300 manat dəyərində 5 ədəd döşək, 60 manat dəyərində 6 ədəd döşək, 20 manat dəyərində 1 ədəd odeyal, 40 manat dəyərində 2 ədəd çexol, 25 manat dəyərində qaşıq dəsti çemodanı, 30 manat dəyərində yemək serviz dəsti, 48 manat dəyərində 8 ədəd qazan, 50 manat dəyərində 1 ədəd ütü, 60 manat dəyərində 1 ədəd ütü altı, 30 manat dəyərində 2 ədəd güldan, 20 manat dəyərində fincan dəsti, 25 manat dəyərində 1 ədəd çaydan, 40 manat dəyərində 1 ədəd beşik, 30 manat dəyərində 3 ədəd odeyal, 6 manat dəyərində 12 ədəd su stəkanı, 6 manat dəyərində 12 ədəd nəlbəki dəsti, 20 manat dəyərində 2 ədəd vaz, 12 manat dəyərində 12 ədəd boşqab, 12 manat dəyərində 12 ədəd boşqab, 50 manat dəyərində 1 ədəd televizor altı, 5 manat dəyərində 1 ədəd qənd qabı, 5 manat dəyərində 1 ədəd mürəbbə qabı, 20 manat dəyərində 5 ədəd dəsmal, 32 manat dəyərində 4 ədəd podnos, həmin əmlaklar naturada mövcud olmadığı halda isə onların dəyəri alınaraq iddiaçı X3 verilməsi, cavabdehlər Şəxs Mübariz oğlundan, X8 və X2 müştərək qaydada 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu və 55 (əlli beş) manat məbləğində mediasiyaya ödənilmiş vəsait alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 13 fevral 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs 1 uşağın saxlanılması üçün hər ay 160 manat aliment alınaraq X3, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən X3 məxsus əmlaklar və ya onların dəyəri sonuncuya ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, hər iki icra sənədi üzrə cəmi 4410 manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkarlara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədləri uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 13 fevral 2024-cü ildə saat 1000-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 13 fevral 2024-cü il saat 1000-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 13 fevral 2024-cü il saat 1000-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-122/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-122/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver