Məhkəmə qərarları › İş №3(021)-122/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-122/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-122/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X3 iclas katibliyi, icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 3 aprel 1984-cü ildə Bərdə rayonu, Hüseynbəyli kəndində doğulmuş, orta təhsilli, evli, işsiz, Bərdə rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsində 6 mart 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2(021)-1890/2024 saylı icra vərəqəsinə əsasən ümumilikdə 2400 manat borcu yaranmışdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra hərəkətləri edilmişdir. Borcluya borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu heç bir üzürlü səbəb olmadan icra sənədini icra etmədiyindən onun barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, ağır ciyər xəstəliyindən əziyyət çəkir, maddi imkanı olmadığından bu günə qədər borcunu ödəyə bilməmişdir, hazırda onun tələbkara 1800 manat borcu yaranmışdır, həmin borcdan yalnız 600 manat ödəniş edə bilər, qalan məbləği isə hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclası zamanı tələbkar X5 ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, tələbkar X5 hazırda borclunun 1800 manat borcu qaldığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş Brdə Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2(021)-1890/2024 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 2350 manat məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumu alınaraq iddiaçılar X5 və X2 verilməsi qət edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin 14 noyabr 2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Brdə Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2(021)-1890/2024 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və probasiya Şöbəsinin 17 fevral 2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında iş materiallarında Bərdərayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilmiş məcburi icra hərəkətlərinin dairəsi, icraata başlamaq qərarın və tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Borclunun faktiki borcu 1800 manat olmasına baxmayaraq tərtib edilən protokolda 2400 manat borc olduğu qeyd edilmişdir. Məhkəmə iclasının keçirildiyi tarixə borclu tərəfindən əlavə olaraq borcun 600 manat məbləğində olan hissəsi də ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 6 mart 2025-ci il tarixli MN №2088344 saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 6 mart 2025-ci il tarixli MN №2088344 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar