Məhkəmə qərarları › İş №3(021)-1223/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1223/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1223/2021 29.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X9, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 27.08.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində, “ASAN xidmət”in qarşısında sərnişin avtobusundan vətəndaş X1 məxsus “Xiomi Note 9 S” markalı mobil telefonunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.09.2021-ci il tarixdə X4 yaşadığı evdən 31 manat dəyərində qab-qacaq, elektrik naqilin və əl-üz yuyanı oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03.09.2021-ci il tarixdə saat 19:00 radələrində danışmaq bəhanəsi ilə “SAMSUNG J5” markalı mobil telefonu alaraq qaytarmamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar a aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1223/2021 saylı inzibati iş və 3(021)-1224/2021 saylı inzibati iş 3(021)-1222/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 29 sentyabr 2021-ci il tarixdə saat 1230-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə baxılsın. Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 3(021)-1222/2021 «22» sentyabr 2021-ci il X2 (Tər-Tər ray., Xoruxlu kəndi) Surəti: X5 (Bərdə şəh., F.B.Köçərli ev 107) X3 (Bərdə şəh., B.Hacıyev küç., 77) Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 3(021)-1222/2021 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “04” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar