Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1224/2022 24.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs qızının, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1960-cı il tarixdə Bərdə rayon, Bəcirəvan kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşqul olan, evli, Bərdə rayon Bəcirəvan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 24 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 24 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, Şəxs 18 avqust 2022-ci il tarixdə Bərdə rayon, Bəcirəvan kəndində Zərərçəkmiş şəxs qızını döyərək ona xəsarət yetirmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddədə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 24 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. İş materiallarından görünür ki 09 sentyabr 2022-ci il tarixli HK-1/3424 saylı material üzrə Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Mərhəmət Quliyev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi rəisi X4 bildirdi ki, Şəxs 18 avqust 2022-ci il tarixdə Bərdə rayon, Bəcirəvan kəndində Zərərçəkmiş şəxs qızını döyərək ona xəsarət yetirmişdir. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsinin xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı izahatında göstərdi ki, Şəxs onun gəlinini söyüb təhqir etmişdir. Bundan sonra giriş qapısından həyətə daxil olub ona hücum çəkmişdir. Şəxs onu sol əlindən tutaraq barmağını arxaya qatlamış, dırnaqları ilə barmaqlarını cırmaqlamışdır. Bu zaman o da Validəni itələyərək qovmuşdur. Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatından göstərdi ki, Zərərçəkmiş şəxs onun eltisidir. Bir həyətdə ayrı ayrı evlərdə yaşayırlar. Alidənin pəncərəsi onun həyətimə açıldığından o tullantıları həyətimnə atır. Bu səbəbdən aralarında sözlü mübahisə başlamışdır. Hətta mübahisə zamanı Alidə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt həyat yoldaşı Ruslan Alidəni sakitləşdirməyə çalışsa da, o öz hərəkətlərini davam etdirmişdir. Bundan başqa bildirir ki, nə o, nə də həyat yoldaşı Alidəni vurmamışlar, hansısa xəsarət yetirməmişlər. Alidə şər atır. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 18 avqust 2022-ci il tarixdə Bərdə rayon, Bəcirəvan kəndində Zərərçəkmiş şəxs qızını döyərək ona xəsarət yetirməsi qeyd edilsə də, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir, şahidlərin dairəsi müəyyən edilməmiş və eləcə də iş materiallarına konkret sübutlar əlavə edilməmişdir. Bundan başqa zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, mübahisə zamanı o da barəsində inzibati icraat aparılan şəxsə güc tətbiq etmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon Polis X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon X5 Təhlükəsizlik Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1224/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1224/2022
24.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver