Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1224/2024 04.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, subay, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi üzrə Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-235 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclunun tələbkara 7145 manat məbləğində borcu yaranmış və o, borcu ödəməyərək Azərbaycan Respublikasının İXM-nin 528.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra sənədinin qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 göstərdi ki, Bərdə rayon İcra və probasiya şöbəsindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola əsasən göstərilir ki, icra sənədi üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-235/2020 saylı, xx.xx.2010-cü il tarixli icra sənədinə əsasən borclunun tələbkara 7145 manat məbləğində aliment borcu yaranmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra sənədinin qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, borcu ödəməkdən boyun qaçırmır. Hazırda 1000 manat tələbkara ödəmişdir. Məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 ərizə verərək bildirdi ki, məhkəmə iclasında borclu Şəxs 1000 (bir min) manat məbləğində pulu qəbul etmiş, hazırda Şəxs qarşı şikayətinin olmadığını, borclunun ödənilməsi istiqamətində narazılığı olduğu təqdirdə aidiyyatı üzrə şikayət verəcəyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icrə sənədi üzrə tələbkarın, icra məmurunun və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən icraata xitam verilməlidir. xx.xx.2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(021)-235/2010 saylı icra vərəqəsinə əsasən Şəxs 7145 manat məbləğində borcu yaranmışdır. Şəxsin katoçkası məlumatlarından görünür ki, Şəxs xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Göyüşlü kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 8(021)-466/2024 saylı Bərdə rayon Məhkəməsinin qərardadından görünür ki, tələbkar X2 ərizəsinin təmin edilməsi, Bərdə rayon Məhkəməsinin 2(021)-235/2010 saylı xx.xx.2010-cu il tarixli icra sənədinin yenidən icraya göndərilməsi qərara alınmışdır. xx.xx.2010-cu il tarixli 2(021)-235/2010 saylı Bərdə rayon Məhkəməsinin icra vərəqəsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X3 və Şəxs müştərək qaydada 7125 manat alınaraq iddiaçı X6 verilməsi, cavabdehlər X3 və Şəxs müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 20 manat pul alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X7, Şəxs tələbin könüllü icrası haqqında bildirişdən görünür ki onlara 10 gün müddətinə icra tələbinin icra edilməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli əlyazma aktdan görünür ki, borclunun əmlakına baxış keçirilmiş, üzərinə həbs qoyulası əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə istinadən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən olunur ki, borclu Şəxs icra sənədi üzrə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırmır. Məhkəmə göstərilən xüsusatlardan yanaşaraq hesab edir ki, borclu icra sənədinin icrası ilə icra məmurunun qanuni tələblərindən yayınmamış, inzibati xəta haqqında protokola baxılan zaman 1000 manat məbləğində pul ödəmişdir. Bu baxımdan onun təqsirliliyi sübut olunmur. Göstərilən səbəblərdən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməyərək, İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-1224/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1224/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver