Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1225/2024 20.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, X1 iştirakı ilə Bərdə RPŞ tərəfindən qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, TP6771247 nömrəli inzibati tənbeh vermə haqqında qərarından (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə RPŞ tərəfindən qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, TP6771247 saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X4 məhkəməyə ərizə verərək barəsində qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli TP6771247 saylı inzibati xəta haqqında qərarın və ona dair protokolun ləğv edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 3(021)-1203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bərdə RPŞ tərəfindən qəbul edilmiş 26 sentyabr 2024-cü il tarixli, TP6771247 nömrəli inzibati xəta haqqında qərardan şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. X4 yenidən Bərdə RPŞ tərəfindən qəbul edilmiş 26 sentyabt 2024-cü il tarixli, TP6771247 nömrəli inzibati xəta haqqında qərardan şikayətlə və həmin qərardan şikayət verilməsinə görə müddət bərpası ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 3(021)-1225/2024 saylı qərardadı ilə X2 Bərdə RPŞ tərəfindən qəbul edilmiş 26 sentyabt 2024-cü il tarixli TP6771247 nömrəli inzibati xəta haqqında qərarından şikayət verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə rayon Polis baş serjantı X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, TP6771247 saylı qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin qərarından verilmiş şikayətin dəlillərini araşdıran məhkəmə təqdim edilmiş sənədləri araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, TP6771247 saylı inzibati tənbeh vermə haqqında qərarında inzibati xətanın aşkar edilməsində istifadə olunmuş texniki vasitə haqqında məlumatlar,o cümlədən inzibati xətanın törədilməsinə dair digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş yenidən araşdırılaraq texniki vasitələrə, inzibati xətanın törədildiyi yerə baxış keçirilməli, xətanın olub-olmamasına yenidən qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə iş materiallarını araşdıraraq hesab ki, X4 tərəfindən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş qayda pozuntusu törədilməsini əks etdirən hər hansı fotoşəkil və ya video material protokolu tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X2 İXM-də nəzərdə tutulmuş hüquq pozuntusunu həqiqətən törədib-törətmədiyi müəyyən edilə bilər. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin 26 sentyabr 2024-cü il tarixli, TP6771247 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlar əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin X7 Bölməsinin 26 sentyabr 2024-cü il tarixli, TP6771247 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında material yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1225/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1225/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver