Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1226/2021 15.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, “ARQ X11” MMC direktoru işləyən, evli, Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan barəsində inzibati icraat Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsindən daxil olmuş MN ******* saylı 28 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, “ARQ X11” MMC-də X4 və X6 ilə əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilib. Bununla da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, hüquqi şəxs “ARQ X11” MMC-də X4 və X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirmişdirlər. Bununla da hüquqi şəxs şəxs “ARQ X11” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsi tərəfindən 28 sentyabr 2021-ci il tarixdə, “ARQ X11” MMC-nin barəsində MN ******* nömrəli protokol tərtib edilərək inzibati tənbehin verilməsi üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X7 göstərmişdir ki, Şəxs barəsində inzibati protokol X4 və X3 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirdiklərinə görə tərtib edilib. Qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, ona məxsus “ARQ X11” MMC 01 iyul 2021-ci ildə Azvirt MMC ilə qırmadaş yükünün daşınması üçün müqavilə bağlamışdır. Tahir və İlham idarə etdikləri ** BS *** və 59 BC 33 dövlət nömrə nişanlı Kamaz özüboşaldan avtomaşınları ilə Tərtər rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarından Füzuli rayonunun Zərgər kəndində yerləşən asfalt beton zavoduna qırmadaş yükü daşınıb. Yük daşınmazdan qabaq bütüb sürücülərə məlumat verilmişdir ki, daşınacaq yükün pulu ancaq bank hesablarına ödənilir. Belə ki, yükün daşınması müqaviləsi bağlanması üçün VÖEN, Asan imza və VÖEN-li bank hesabı olmalıdır. Tahir və İlham ona bildirmişlər ki, Tahirin tələb olunan sənədləri var və yaxın günlərdə təqdim edəcək. İlham isə bildirmişdir ki, onun sənədləri yoxdur, düzəldəcək və ya onun pulunu Tahirin hesabına köçürdəsiniz. O İlhama bildirdi ki, Tahirlə onun arasında əmək müqaviləsi olmalıdır və portaldan çıxarış gətirilməlidir ki, hər şey qanuni tələblərinə əsasən olsun. Buna baxmayaraq bu günə gədər hər iki tərəf heç bir sənəd təqdim etməyiblər ki, müqavilə bağlana, etdikləri yükdaşıma xidmətinə uyğun elektron qaimə göndərilə ki, bank hesablarına pul köçürülsün. O, müqavilə bağlamadan heç kəsin xidmətlərindən istifadə etməmişdir. Bundan başqa xidmətlər daimi xarakterli olub. Belə ki, alınmış malların konkret olaraq işğaldan azad edilmiş ərazilərə daşınması nəzərdə tutulmuşdur. Onun sürücülərlə əmək müqailəsi bağlamağı lazım olmamışdır. Çünki o, Xidmət müqaviləsi bağlamışdır. Sürücülərlə əmək müqaviləsini isə həmin sürücülərin aid olduğu işəgötürənlər bağlamalı idilər. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “ARQ X11” MMC barəsində tərtib olunmuş protokolu əsaslıdır və o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 24 iyul 2021-ci il tarixli, 30 saylı müqavilədən görünür ki, “ARQ X11” MMC Şəxs şəxsində fiziki şəxs X4 ( ** BS ***, ** BC ***, ** BA ***) dövlət nömrə nişanlı Kamaz özü boşaldan nəqliyyat vasitəsi ilə həyata keçirilir. “ARQ X11” MMC qırma daş yükünün Tərtər çayı hövzəsində yerləşən kərxanalardan Füzuli rayonu ərazisində yerləşən "xxxx" MMC-nin YTİ-5 ABZ daşıma xidmətlərinin göstərilməsini sifariş etmişdir. İş materiallarına əlavə edilmiş 01 avqust 2021-ci il tarixli, 30 saylı alqı- satqı müqavilədən görünür ki, satıcı “ARQ X11” MMC Şəxs bir tərəfdən və digər tərəfdən alıcı "xxxx" MMC-dir. Satıcı inert materialı alıcının mülküyətinə verməyi, alıcı isə məhsulu qəbul edib müqavilənin əlavəsində göstərilmiş məbləği ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş 01 iyul 2021-ci il tarixli, AZV-07-01-02/21 saylı müqavilədən görünür ki, “ARQ X11” MMC Şəxs şəxsində fiziki şəxs X4 ( ** BS ***, ** BC ***, ** BA ***) dövlət nömrə nişanlı Kamaz özü boşaldan nəqliyyat vasitəsi ilə həyata keçirilir. “ARQ X11” MMC qırma daş yükünün Tərtər çayı hövzəsində yerləşən kərxanalardan Füzuli rayonu ərazisində yerləşən "xxxx" MMC-nin YTİ-5 ABZ daşıma xidmətlərinin göstərilməsini sifariş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bərdə regional ərazi şöbəsinin rəisi Akif Bəxşəliyevin məktubuna əsasən müəyyən olunur ki, X8 və X3 adına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə baxış zamanı əmək müqaviləsi və ya hər hansı bir müqavilənin 15 oktyabr 2021ci il tarixədək mövcud olmadığı aşkarlandı. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən müəyyən olunur ki, X4 Vegi ödəyicisi kimi qeydiyyata alınıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “ARQ X11” MMC-də X4 və X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da hüquqi şəxs “ARQ X11” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, hüquqi şəxs “ARQ X11” MMC-də X4 və X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-3-cü maddəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. İş materiallarında olan sürücü X3 izahatından müəyyən olunur ki, o, 19 iyul tarixdə ona Tərtər rayonundan Füzuli rayonuna öz Kamaz markalı yük maşını ilə yüklərin daşınması işi təklif edilmişdir. O, da həmin yükləri aparmış və nəticədə pulu ödənilməmişdir. İş materiallarında olan digər sürücü X4 izahaında bildirmişdir ki, Füzuli rayonunda tikilən hava limanına yük yəni şeben daşınması ilə bağlı Elşən və Ramin adlı şəxslərdən təklif almışdır. O, özü və İlham Nəsirov özlərinə məxsus olan Kamaz markalı yük maşınları ilə həmin yükün daşınması ilə bağlı tonu 10 manat olmaqla razılığa gəlmişlər. Bir reys 250- 270 manat arası pul qazanılırdısa, onun 100 manatı yanacağa sərf edilirdi. Qalan pul isə təmiz qazanc idi. Ramin və Elşən adlı şəxslər ayda iki dəfə pul vericləcəyini bildirmişlər. Lakin onlarla hç bir əmək müqaviləsi bağlanılmamışdır. Hazırda Ramin və Elşən adlı şəxslərin onlara 7000 manat borcu vardır. Həmin pulu tələb edir. İş materiallarında olan X5 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinə "xxxx" X13 MMC-nin direktoru Şəxs tərəfindən ünvanlanmış məktubda qeyd edilir ki, “....Tahir və İlham idarə etdikləri ** BS *** və ** BC *** dövlət nömrə nişanlı Kamaz özüboşalda avtomaşınları ilə Tərtər rayonu ərazisində yerləşən qum-çınqıl karxanalarından Füzuli rayonunun Zərgər kəndində yerləşən asalt beton zavoduna qırmadaş yükü daşımışlar. Yük daşımazdan qabaq bütün sürücülərə bildirmişlər ki, daşınacaq yükün pulu acaq bank hesabına ödəniləcəkdir. ....... Tahir tələb edilən sənədləri yaxın günlərdə verəcəyini bildirmiş, İlham isə sənədləri yoxdur və düzəldənə qədər pulu Tahirin hesabına köçürdəsiniz. ....Sizdən xahiş edirəm ki, siz də həmin adamlarla maarifləndirici söhbətlər aparıb, sənədləri gətirib müqavilə bağlanmasına mənə köməklik göstərəsiniz.” İş materiallarında olan X5 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinin 15 oktyabr 2021-ci il tarixli ********* saylı məktubundan görünür ki, X9 və X3 adına Azərbaycan Respublikası Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə baxış zamanı əmək müqaviləsi və ya hər hansı bir müqavilənin 15 oktyabr 2021ci il tarixədək mövcud olmadığı aşkarlandı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Məhkəmə hesab edir ki, “ARQ X11” MMC ilə X4 və X6 arasında əmək hüquq münasibətləri yaranmış, hüquqi şəxs “ARQ X11” MMC həmin sürücülərə konkret müəyyən edilmiş işləri mütəmadi icra etdirmiş, hər bir şərt barədə razılaşmış, lakin əmək müqaviləsi bağlamadan, işçiləri sığorta etdirmədən “Xidmət” müqaviləsi deyilən və heç bir səlahiyyətli orqanlarda qeydiyyatdan keçməyən bir müqavilə bağlamaqla dövlət ödənişlərini, eləcə də digər sosial ödənişləri etməkdən yayınmaq məqsədi daşımışdır. Məhkəmə həmçinin hesab edir ki, X5 Xidmətinin Bərdə Regional Ərazi Şöbəsinə "xxxx" X13 MMC-nin direktoru Şəxs tərəfindən ünvanlanmış məktub sadəcə olaraq məsuliyyətdən yayınmaq məqsədilə atılmış addımdır. Belə ki, "xxxx" X13 MMC-nin direktoru Şəxs məhkəmə iclas zalında bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə yenidən qurma tikinti işləri davam etdiyi müddətlərdə həmin yüklər daşınmalı idi. Yəni, dolayısı ilə özü də həmin sürücülərin yüklərin daşınması ilə bağlı mütəmadi işlərin yerinə yetirilməsini etiraf etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd edilən Qanunun normasının ruhundan bəlli olur ki, görülən iş daimi xarakter deyil, mütəmadi xarakter daşıdığı halda da bu münasibətlər əmək hüquq münasibətləridir və nəticə etibarılə əmək hüquq münasibətlərinin tərəfləri əmək müqaviləsi bağlamaqla münasibətlərini rəsmiləşdirməlidirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi, sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini, bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını, işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini, işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması, insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması və əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri təmin etməlidir. Məhkəmə məhz buna görə də "xxxx" X13 MMC-nin direktoru Şəxs verdiyi izahatı inandırıcı hesab etmir, qanunvericiliyin işəgötürənlər üçün müəyyən etdiyi icrası məcburi olan vəzifələri icra etməmək üçün faktiki halda işçiləri ilə “Xidmət” müqaviləsi bağlamaqla inzibati məsuliyyətdən yayınmağa cəhd göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati işin materiallarından “ARQ X11” MMC məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “ARQ X11” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 20 000 manat inzibati cərimə tənbehi tətbiq edilməsi həmin hüquqi şəxsin qanunlara əməl edilməsi, habelə həm inzibati xəta törətmiş, həm də başqaları tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ "xxxx" X13 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20 000 (iyirmi min) manat inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1226/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1226/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver