Məhkəmə qərarları › İş №3(021)-1227/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1227/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1227/2021 30.09.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1976-cı ildə tarixdə, Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olub, Bərdə rayonu, Lənbəran kəndində Kəlbəcər kökəltmə birliyində məskunlaşıb yaşayan Şəxs (AZE *******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 30 sentyabr 2021-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs 05.09.2021ci il tarixdə Kəlbəcər kökəltmə birliyinin sahəsində Zərərçəkmiş şəxs və sonuncunun oğlu X3 aralarında yaranmış mübahisə zamanı hər ikisini döyərək qəsdən onlara fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, hazırki iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs torpaq sahəsini suvaran zaman su Şəxs yonca sahəsinə keçdiyi üçün ilk olaraq tərəflər arsında sözlə mübahisə yaranmış, daha sonra tərəflər arasında münasibət pozulduğundan həmin mübahisə davaya çevrilmişdir. Mübahisə nəticəsində Şəxs həm Elçin həmdə onun oğlu Elvin Alıyevi döymüşdür. Zərərçəkmiş şəxs 05.09.2021-ci il tarixdə DİN-nin 102 qaynar xəttinə müraciət edərək oğlu Elvinin və özünün Dəmir adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında araşdırma aparılmış və Bərdə RPŞnin TB-nin təhqiqatçısı R.Ağayevin 14.09.2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, sonuncunun barəsində İXM-nin 157-ci maddəsi ilə qanuni tənbehin seçilməsi üçün qərarın surətini İTB-ə göndərmişdir. Tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, hazırda ondan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə verərək Zərərçəkmiş şəxs ilə barışdığını bildirmiş, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X4 Bölməsinin təhqiqatçısı, polis kapitanı Röyal Ağayev tərəfindən qəbul edilmiş 14.09.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş 30.09.2021-ci il tarixli, MN № ******* nömrəli protokoldan görünür ki, Şəxs 05.09.2021-ci il tarixdə Kəlbəcər kökəltmə birliyinin sahəsində Zərərçəkmiş şəxs və sonuncunun oğlu X3 döymüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs torpaq sahəsini suvaran zaman su Şəxs yonca sahəsinə keçdiyi üçün ilk olaraq tərəflər arsında sözlə mübahisə yaranmış, daha sonra tərəflər arasında münasibət pozulduğundan həmin mübahisə davaya çevrilmişdir. Mübahisə nəticəsində Şəxs həm Zərərçəkmiş şəxs həmdə onun oğlu Elvin Alıyevi döymüşdür. Zərərçəkmiş şəxs şikayəti əsasında araşdırma aparılmış və Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı R.Ağayevin 14.09.2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, sonuncunun barəsində İXM-nin 157-ci maddəsi ilə qanuni tənbehin seçilməsi üçün qərarın surətini İTB-ə göndərmişdir. Tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə gətirmişdir. Məhkəmə iclasında həm zərərçəkmiş şəxs, həm də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə ərizə verərək barışdıqlarını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqdainzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar