Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1227/2022 27.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis polkovnik-leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bərdə rayonu Hacılı kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə rayonu, Hacılı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi, polkovnik-leytenantı X7 izahatında göstərdi ki, 26 sentyabr 2022-ci il saat 18:10 radələrində H.Əliyev prospektində yol polis əməkdaşları xidmətdə olarkən bir nəfər şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Niva markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomaşına yaxınlaşıb özlərini təqdim edərək sürücüdən sənədləri təqdim etməsini xahiş etmişdilər. Bu zaman avtomaşına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avtomaşının qabaq yan şüşələrinə qanunla qadağan olunmuş üzlük çəkilmişdir. Həmin sürücüdən qabaq yan şüşəyə çəkilmiş üzlüyün yerində sökülməsini xahiş etdikdə isə həmin sürücü polis əməkdaşlarına qarşı kobudluq edərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başladı və avtomaşının yan şüşələrinə çəkilmiş üzlüyün yerində sökülməyəciyini bildirdi. Polis əməkdaşları həmin sürücüdən avtomaşının duracağa yerləşdirilməsi üçün nəqliyyat vasitəsini idarə etməsini xahiş etdikdə isə sürücü yenə imtina edərək ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları sürücünü nizam-intizama dəvət etsələrdə, sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakıları cəlb edirdi. Bu zaman yol polis əməkdaşı X3 digər Yol Polis Xidməti Bölməsinin digər əməkdaşlarını köməyə çağırmışdır. Bundan sonra Yol Patrol Xidməti Bölməsinin inspektorları, polis serjantları Rabil Sadıqov və Fərhad Cəfərli həmin əraziyə gəlmişlər. Onlarda öz növbəsində sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək sürücünü sakitləşməyə, nizam-intizama dəvət edərək nəqliyyat vasitəsini duracağa aparmasını xahiş etdilər. Sürücü isə qətiyyətlə imtina edərək nəqliyyat vasitəsini yerindən tərpətməyəcəyini bildirdi. Bu səbəbdən sürücü polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin sürücü yenidən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməyə başladıqda polis əməkdaşları tərəfindən sürücü Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, nəqliyyat vasitəsi isə müvəqqəti duracağa yerləşdirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, sürücü Bərdə rayon, Hacılı kəndində yaşayan Şəxsdur. Şəxs şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınıb iltizamı alınaraq barəsində tədbir görülməsi üçün 27 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bərdə rayon Polis Şöbəsinə gəlməsi barədə xəbərdarlıq edilərək buraxılmışdır. Sonradan saat 21:04-də vətəndaş Şəxs ***-***-**-** saylı mobil nömrədən X1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək uca səslə X1 və digər polis əməkdaşlarının və eləcə də onların ailələrinin ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətlərini alçaltmışdır. Məhkəmədən Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərdi ki, 26 sentyabr 2022-ci il saat 18:10 radələrində H.Əliyev prospektində xidmətdə olarkən Yol Patrol Xidməti Bölməsinin inspektoru, polis serjantı Nahid Aşuralıyev onu köməyə çağırmışdır. Sadıqov Rabil isə polis baş serjantı Fərhad Cəfərov ilə birlikdə həmin əraziyə yaxınlaşmılar. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək nə baş verdiyini soruşmuş və sürücünü sakitləşməyə, nizam-intizama dəvət etməyə çalışmışlar. Bundan əlavə sürücüyə pozduğu qayda pozuntusu ona izah olunmuş və nəqliyyat vasitəsini duracağa aparması xahiş olunmuşdur. Lakin sürücü qətiyyətlə imtina edib nəqliyyat vasitəsini yerindən tərpətməyəcəyini bildirmişdir. Bu səbəbdən sürücü polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin sürücü yenidən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməyə başladıqda polis əməkdaşları tərəfindən sürücü Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, nəqliyyat vasitəsi isə müvəqqəti duracağa yerləşdirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, sürücü Bərdə rayon, Hacılı kəndində yaşayan Şəxsdur. Şəxs şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınıb iltizamı alınaraq barəsində tədbir görülməsi üçün 27 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bərdə rayon Polis Şöbəsinə gəlməsi barədə xəbərdarlıq edilərək buraxılmışdır. Məhkəmə iclasında şahid X6 izahatında göstərdi ki, 26 sentyabr 2022-ci il saat 18:10 radələrində H.Əliyev prospektində xidmətdə olarkən Yol Patrol Xidməti Bölməsinin inspektoru, polis serjantı Nahid Aşuralıyev onu köməyə çağırmışdır. Cəfərov Fərhad isə polis baş serjantı Sadıqov Rabil ilə birlikdə həmin əraziyə yaxınlaşmılar. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək nə baş verdiyini soruşmuş və sürücünü sakitləşməyə, nizam-intizama dəvət etməyə çalışmışlar. Bundan əlavə sürücüyə pozduğu qayda pozuntusu ona izah olunmuş və nəqliyyat vasitəsini duracağa aparması xahiş olunmuşdur. Lakin sürücü qətiyyətlə imtina edib nəqliyyat vasitəsini yerindən tərpətməyəcəyini bildirmişdir. Bu səbəbdən sürücü polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin sürücü yenidən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməyə başladıqda polis əməkdaşları tərəfindən sürücü Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, nəqliyyat vasitəsi isə müvəqqəti duracağa yerləşdirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, sürücü Bərdə rayon, Hacılı kəndində yaşayan Şəxsdur. Şəxs şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınıb iltizamı alınaraq barəsində tədbir görülməsi üçün 27 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bərdə rayon Polis Şöbəsinə gəlməsi barədə xəbərdarlıq edilərək buraxılmışdır. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 26 sentyabr 2022-ci il saat 18:10 radələrində H.Əliyev prospektində yol polis əməkdaşları xidmətdə olarkən bir nəfər şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Niva markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomaşına yaxınlaşıb özlərini təqdim edərək sürücüdən sənədləri təqdim etməsini xahiş etmişdilər. Bu zaman avtomaşına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avtomaşının qabaq yan şüşələrinə qanunla qadağan olunmuş üzlük çəkilmişdir. Həmin sürücüdən qabaq yan şüşəyə çəkilmiş üzlüyün yerində sökülməsini xahiş etdikdə isə həmin sürücü polis əməkdaşlarına qarşı kobudluq edərək uca səslə ünvansız nalayiq ifadələr işlətməyə başladı və avtomaşının yan şüşələrinə çəkilmiş üzlüyün yerində sökülməyəciyini bildirdi. Polis əməkdaşları həmin sürücüdən avtomaşının duracağa yerləşdirilməsi üçün nəqliyyat vasitəsini idarə etməsini xahiş etdikdə isə sürücü yenə imtina edərək ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları sürücünü nizam-intizama dəvət etsələrdə, sürücü polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmiş, daha uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdakıları cəlb edirdi. Bu zaman yol poli əməkdaşı X3 digər Yol Polis Xidməti Bölməsinin digər əməkdaşlarını köməyə çağırmışdır. Bundan sonra Yol Patrol Xidməti Bölməsinin inspektorları, polis serjantları Rabil Sadıqov və Fərhad Cəfərli həmin əraziyə gəlmişlər. Onlarda öz növbəsində sürücüyə yaxınlaşaraq özlərini təqdim edərək sürücünü sakitləşməyə, nizam-intizama dəvət edərək nəqliyyat vasitəsini duracağa aparmasını xahiş etdilər. Sürücü isə qətiyyətlə imtina edərək nəqliyyat vasitəsini yerindən tərpətməyəcəyini bildirdi. Bu səbəbdən sürücü polis əməkdaşları tərəfindən Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş, lakin sürücü yenidən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməyə başladıqda polis əməkdaşları tərəfindən sürücü Bərdə rayon Polis Şöbəsinə gətirilmiş, nəqliyyat vasitəsi isə müvəqqəti duracağa yerləşdirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, sürücü Bərdə rayon, Hacılı kəndində yaşayan Şəxsdur. Şəxs şəxsiyyəti və ailə vəziyyəti nəzərə alınıb iltizamı alınaraq barəsində tədbir görülməsi üçün 27 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bərdə rayon Polis Şöbəsinə gəlməsi barədə xəbərdarlıq edilərək buraxılmışdır. Sonradan saat 21:04-də vətəndaş Şəxs ***-***-**-** saylı mobil nömrədən X1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək uca səslə X1 və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətlərini alçaltmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında ona qarşı irəli sürülən ittihamla razı olaraq göstərdi ki, 26 sentyabr 2022-ci il saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində onun özünə məxsus Niva markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla uşağını məktəbdən götürməyə gedirdi. Bu zaman Yol Polisi əməkdaşları onun maşınını saxlatmış, ona yaxınlaşıb özlərini təqdim edərək təhlükəsizlik kəmərini taxmadığı üçün saxlanıldığını və sənədlərini təqdim etməsini xahiş etmişlər. Bundan əlavə avtomaşına baxış zamanı qabaq yan şüşələrinə qanunsuz üzlük çəkilməsi aşkar olunmuş və sökülməsini xahiş etmişlər. Lakin Şəxs uşağı məktəbdən götürmək üçün tələsdiyini bildirmişdir. Bundan sonra aralarında narazılıq yaranmışdır. Sonradan hadisə yerinə digər polis əməkdaşları da yaxınlaşmışdır. O, onlara da uşağını məktəbdən götürmək üçün tələsdiyini bildirmiş lakin polis əməkdaşları avtomaşının müvəqqəti duracağa yerləşdirilməsini tələb etmişlər. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə gətirmiş, avtomaşını isə duracağa yerləşdirmişlər. X10 şəxsin şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq iltizamı alınaraq barəsində tədbir görülməsi üçün 27 sentyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bərdə rayon Polis Şöbəsinə gəlməsi barədə xəbərdarlıq edilərək buraxılmışdır. Bundan sonra o saat 21:00 radələrində yol polisi əməkdaşı X2 zəng edərək nalayiq ifadələr işlətmiş və nə səbəblə Polis Bölməsinə aparılmasını soruşmuşdur. Əməlindən səmimi peşmandır. Polislərdən üzr istəmişdir. Məhkəmədən həbslə bağlı olmayan qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis polis polkovnik-leytenantı X7 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 27 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 26 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Əliyev prospektində ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı Şəxs məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq təhlükəsizlik kəmərindən istifadə etmədən qanunla qadağan edilən yan şüşələri örtüklə çəkilmiş avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, barəsində inzibati icraat aparılan şəxsə qanunun tələbləri izah edilərkən, Şəxs nəinki qanunun tələbləri ilə razılaşmamış, əksinə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan başqa xidməti vəzifələrini icra edən, mövcud qanun pozuntusunun qarşısını almağa çalışmış polis əməkdaşlarını və onların ailə üzvlərini ağır sözlərlə təhqir etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa məhkəmə, törədilmiş inzibati xətanın cəmiyyətdə yarada biləcək neqativ hallarını, cəmiyyətdə bərqərar olmuş ictimai dəyərlərə, vətəndaşla polis arasında təşəkkül tapmış qarşılıqlı inam və etibara zərbə vura biləcəyini nəzərə alıb Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin seçilməsini məqsədəmüavafiq hesab edir. Çünki inzibati tənbehin əsas məqsədləri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdır. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1227/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1227/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver