Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1228/2022 07.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, X2 tərəfindən EQ 11435787, EQ 11435782 saylı və EQ 11435891 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğvi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq , məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib olunmuş EQ 11435787, EQ 11435782 saylı və EQ 11435891 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, X2 və qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən EQ 11435787, EQ 11435782 saylı və EQ 11435891 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğvi barədə verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarını araşdıraraq müəyyən etdi ki, X1 şikayətinə əlavə etdiyi EQ 11435787, EQ 11435782 saylı və EQ 11435891 saylı inzibati tənbeh vermə haqqında çıxarılmış qərarlar X3 barəsindədir. Məhkəmə qeyd edir ki, İXM inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs və ya buna səlahiyyəti olan şəxs tərəfindən həmin qərardan şikayətin verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. X2 şikayətinə X3 barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək səlahiyyəti olması barədə heç bir sənəd əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X2 tərəfindən EQ 11435787, EQ 11435782 saylı və EQ 11435891 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: X2 tərəfindən EQ 11435787, EQ 11435782 saylı və EQ 11435891 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın . Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-1228/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1228/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver