Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-123/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 13 fevral 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək əri Elmirin hazırda qardaşı ilə birlikdə onu uşağının gözü qarşısında döyməsi barədə məlumat vermişdir. Həmçinin Şəxs Bunyət oğlu DİN-nin 102 xidmətinə zəng edərək, onunla birlikdə eyni evdə yaşayan qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs evdən çıxması və onun azyaşlı qızını, özünü öldürəcəyi ilə hədələməsini bildirmişdir. Eyni zamanda həmin qadının oğulları olan türk vətəndaşları Əmircan və Onurcanın 7-8 ay əvvəl onun evində tüfənglə atəş açmaları ilə bıçaqla onu hədələmələri barədə məlumat vermişdir. Həmin məlumatlar əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs Bunyət oğlu qeyri rəsmi olaraq birlikdə 14 il yaşamışdırlar. Zərərçəkmiş şəxs ilə Şəxs arasında mülk mübahisəsinə görə narazılıq yaranmış və Şəxs rəsmi qaydada boşanmış arvadı arasında mülk mübahisəsi olmuşdur. Bu səbəbdən, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəxsla birgə yaşadığı ünvana gedən zaman, Şəxs Zərərçəkmiş şəxs ordan qovmaq istəmişdir. Şəxs Zərərçəkmiş şəxs itələyən zaman Zərərçəkmiş şəxs xəsarət almışdır. Belə ki, Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarətlərini müəyyən etmək üçün qərar qəbul edilərək ekspert həkimlərə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 49 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər- sol baldır, sol topuq nahiyələrinin qançırları, sol qulaqaltı çeynəmənahiyəsinin qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddətlərinə görə a) sol baldır, sol toöuq nahiyəsinin qançırları qərarda göstərilən tarixdə xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, b) qol qulaq altı- çeynəmə nahiyəsinin qançırı isə müayinədən 8-9 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilməmişdir. Şəxs Bunyǝt oğlunun xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs itələyərək evdən qovmaq istəyən zaman sonuncuya qəsdən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Türkiyə Zərərçəkmiş şəxs övladları Emircan və Onurcan qardaşlarının Respublikasında olduğundan izahatların almaq mümkün olmamış və Şəxs tüfənglə atəş açılıb açılmamasın sübuta yetirmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs və Şəxs Bunyət oğlunun xx.xx.2024- cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs Zərərçəkmiş şəxs itələyərək evdən çıxaran zaman sonuncuya qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən Şəxs Bunyǝt oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. Buna görə də Şəxs barəsində protokol tərtib etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, 8 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi olaraq ailəli kimi bir evdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə isə Nazimə ilə aralarında baş vermiş söz mübahisəsi zamanı Nazimə onu və birinci nikahdan olan övladı Bunyatı da, ölümlə hədələməyə başlamışmışdır. Bu səbəbdən o da, 102 xidmətinə zəng edərək məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə Nazimə evdən çıxıb gedən zaman taksi sürücüsü ilə əlbir olaraq evdə olan qızıl üzük, bahalı qiymətə olan qızıl qol saatını evdən oğurlayaraq taksi sürücüsü ilə ordan kənarlaşaraq çıxıb getmişdir. Onun barəsində tərtib olmuş protokol düzgün deyil. O, heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ona qarşı böhtanlar edərək polis orqanına şikayət edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, 14 ildir ki, Şəxsla qeyri rəsmi olaraq bir yerdə yaşayırlar. xx.xx.2024-cü il tarixdə qeyri-rəsmi ailəli olduğu Şəxsla aralarında baş vermiş mübahisə ilə əlaqədar polis şöbəsinə müraciəti olmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında qeydiyyatda olduğu evə getmişdir ki, orda olan arayışını götürə və vəkilə verə ki getsin. Həmçinin özüdə evə girmək istəmişdir. O, "825" taksi sifarişi edərək yaşadığı evin qarşısında düşən zaman Elmir onu gözləmiş. O, evə yaxınlaşan zaman Elmir qapının ikisinidə bağlayaraq onu içəri buraxmamışdır. Bundan sonra Seymur onun üstünə gələrək onu vurmaq istəyəndə, Elmir, "Seymur sənin işin olmasın əlini qana bulaşdırma" demişdir. Daha sonra isə Elmir onun üstünə gələrək onun saçından tutaraq zorla onu gəldiyi taksiyə mindirmək istədikdə çənəsi avtomobilin dəmirinə dəymişdir. Hazırda barışmamışlar. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirdi ki, qardaşı Elmir Nazimə ilə qeyri-rəsmi nikahda yaşayır. Naziməni qardaşı döyməyib, belə ki, Nazimə Bakıdan vəkillə Elmirin yaşadığı evə gəlmiş, hücum etmiş, sonra hasarın üstünə çıxıb oradan düşəndə xəsarət alıb. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №2059007 nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qeyrirəsmi yaşadığı Zərərçəkmiş şəxs döymüşdür. Bərdə RPŞ TB-nin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 29 yanvar 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə şəhəri Q.B.Zakir küçəsində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək əri Elmirin hazırda qardaşı ilə birlikdə onu uşağının gözü qarşısında döyməsi barədə məlumat vermişdir. Bərdə şəhəri Q.B.Zakir küçəsində yaşayan Şəxs Bunyət oğlu DİN-nin 102 xidmətinə zəng edərək, onunla birlikdə eyni evdə yaşayan qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs evdən çıxması və onun azyaşlı qızını, özünü öldürəcəyi ilə hədələməsini bildirmişdir. Eyni zamanda həmin qadının oğulları olan türk vətəndaşları Əmircan və Onurcanın 7-8 ay əvvəl onun evində tüfənglə atəş açmaları ilə bıçaqla onu hədələmələri barədə məlumat vermişdir. Həmin məlumatlar əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs Bunyət oğlu qeyri rəsmi olaraq birlikdə 14 il yaşamışdırlar. Zərərçəkmiş şəxs ilə Şəxs arasında mülk mübahisəsinə görə narazılıq yaranmış və Şəxs rəsmi qaydada boşanmış arvadı arasında mülk mübahisəsi olmuşdur. Bu səbəbdən, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəxsla birgə yaşadığı ünvana gedən zaman, Şəxs Zərərçəkmiş şəxs ordan qovmaq istəmişdir. Şəxs Zərərçəkmiş şəxs itələyən zaman Zərərçəkmiş şəxs xəsarət almışdır. Belə ki, Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarətlərini müəyyən etmək üçün qərar qəbul edilərək ekspert həkimlərə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli, 49 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlər- sol baldır, sol topuq nahiyələrinin qançırları, sol qulaqaltı çeynəmənahiyəsinin qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddətlərinə görə a) sol baldır, sol toöuq nahiyəsinin qançırları qərarda göstərilən tarixdə xx.xx.2024-cü il tarixə uyğun gəlmiş, b) qol qulaq altı- çeynəmə nahiyəsinin qançırı isə müayinədən 8-9 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilməmişdir. Şəxs Bunyǝt oğlunun xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs itələyərək evdən qovmaq istəyən zaman sonuncuya qəsdən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Türkiyə Zərərçəkmiş şəxs övladları Emircan və Onurcan qardaşlarının Respublikasında olduğundan izahatların almaq mümkün olmamış və Şəxs tüfənglə atəş açılıb açılmamasın sübuta yetirmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs və Şəxs Bunyət oğlunun xx.xx.2024- cü il tarixli müraciəti əsasında toplanmış materialda cinayət faktı aşkar edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs Zərərçəkmiş şəxs itələyərək evdən çıxaran zaman sonuncuya qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyindən Şəxs Bunyǝt oğlunun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-yə göndərilmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qeyri-rəsmi yaşadığı Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Toplanmış material üzrə araşdırma aparılmış, onun əməlində cinayət tərkibi olmadığından sübutlar qiymətləndirilərək barəsində 13 fevral 2024-cü il tarixdə Bərdə RPŞ-də İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Belə olan halda, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-123/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-123/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver