Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-123/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və Pobasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra sənədi üzrə tələbkar X4 iştirаkları ilə, 18 sentyabr 1989-cu ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən,Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və Probasiya Şöbəsində 06 mart 2025-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3172/2021 saylı, 10 noyabr 2021-ci il tarixli icra sənədi üzrə cəmi 6000 manat borcu vardır. Bununla da Şəxs İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3172/2021 saylı, 10 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13130 manat borc alınaraq X5 ödənilməlidir. İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, icra məmurunun çağrışlarına gəlməmiş, icra sənədləri üzrə tələbi icra etməmişdir. Hazırda 6000 manat borcu var. Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirdi ki, borclu olduğu məbləğdən 9000 manat ödəniş etmiş, borcunu hissəhissə ödəyə bilər. Lakin tələbkar onunla razılaşmamışdır. Hazırda borcundan 1000 manat tələbkara ödəmişdir. Qalan məbləği isə hər ay 200 manat olmaqla ödəməyə söz verir. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X8 izahatında göstərmişdir ki, Şəxs hazırda borclu olduğundan 1000 manat ödəmişdir, borclu tərəfindən borclu olduğu məbləğdən hər ay 300 manat ödəməsinə razıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barəsində İXM-in 528.1-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti xəta haqqında iş üzrə icraatın mаteriаllarına əlаvə edilmiş: İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-3172/2021 saylı, 10 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13130 manat borc alınaraq X5 ödənilməlidir. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahl Rzayevin 07 yanvar 2022-ci il tarixli icraata başlama haqqında qərarından və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 3172/2021 saylı, 10 noyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmış, Şəxs tələbin könüllü olaraq təmin edilməsi təklif edilmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, icra məmuru Sahil Rzayev tərəfindən Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bərdə rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətovanın “borclunun axtarışı haqqında” 05 mart 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 3(021) 348/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Bərdə rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin “borclunun axtarışı haqqında” 04 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 06 mart 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafq icra sənədlərinə əsasən ödəməli olduğu borcunu ödəməyərək icra sənədinin tələblərini yerinə yetirməmişdir. İşə əlavə edilmiş Şəxs oğlu tərəfindən yazılmış iltizamdan görünür ki, Şəxs icra sənədi üzrə hər ay 200 manat ödəniş etməyi öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş X8 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, X1 Taleh İsgəndər oğlundan 1000 manat ödənişi qəbul etmiş, qalan borc məbləğinin isə hər ay 200 manat ödənilməsinə razıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-3172/2021 saylı, 10 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 13130 manat borc alınaraq X5 ödənilməlidir. İş materiallarından Şəxs icra sənədini qəsdən icra etməməsi və ya icra etməməkdə qərəzinin olması sübuta yetirilmir. Belə ki, iş materiallarından görünür ki,Şəxs icra sənədi üzrə borclu olduğu məblğdən qismən ödənişlər etmiş, məhkəmə iclası zamanı 1000 manat ödəniş etmiş, qalan məbləği isə hər ay 200 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmiş, icra sənədi üzrə tələbkar X8 isə Şəxs ödədiyi 1000 manat məbləği qəbul etmiş, qalan borc məbləğinin hər ay 200 manat olmaqla ödənilməsinə razı olduğunu bildirərək məhkəməyə bu barədə ərizə təqdim etmişdir. Bütün bu qeyd edilən hallar Şəxs icra sənədini icra etməməkdə qərəzli olmadığını, əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin olmamasını göstərir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 27.1-ci maddəsinə görə icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 27.3-cü maddəsinə görə axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs icra sənədi üzrə icranı qərəzli gecikdirməsindən və əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasından söhbət gedə bilməz. Buna görə də hazırki iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə, yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-123/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-123/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver