Məhkəmə qərarları › İş №3(021)-1230/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1230/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1230/2024 04.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis X1 Bölməsinin sahə rəisi X3, müdaiəçi X2, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 208-ci maddəsi ilə tərtib edilmiş 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib Müəyyənetdim: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə 04 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, protokol Azərbaycan Respublikasının İXM-nin 100.1.3 və 100.1.4-cü maddələrinin tələbləri pozulmaqla tərtib edilmiş, inzibati xəta haqqında protokolda inzibati xəta törətmiş şəxsin fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməmişdir. Bundan başqa inzibati xəta haqqında materiala bitkinin narkotik tərkibli olduğunu münəyyən edən müvafiq mütəxsiss və ya ekspert rəyləri əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin: 100.1-ci maddəsinə görə, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında material İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə geri qaytarılmalıdır. İXM-nin 109.1 və 109.1.6-cı maddəsinə görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında tərtib olunmuş protokol natamam olduğundan və bu natamamlığı tamamlamaq mümkün olmadığından protokol və əlavə olunmuş materiallar Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Qərarverdim: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə olan 04 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar