Məhkəmə qərarları › İş №3(021)-1231/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1231/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1231/2022 30.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlu, Bərdə rayon İcra və probasiya Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə toplanmış materiala baxaraq, M ü ə y y ə n e t d i m: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material daxil olmuşdur. Məhkəmə protokol və iş materiallarını araşdıraraq hesab edir ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, protokol AR.İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmişdir. Həmin maddənin məzmununda qeyd edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə müvafiq inzibati məsuliyyət tədbiri nəzərdə tutulur. Halbuki, iş materiallarında Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilməsinə dair Bərdə rayon Məhkəməsinin 12 avqust 20212-ci il tarixli,3(021) 762/2021 saylı qərarı mövcuddur. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməl İXM-in 529.1-ci maddə ilə deyil, İXM-in 529.2-ci maddəsinin tərkibi ilə əhatə olunur. Belə ki, İXM-in 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar