Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1232/2024 04.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxslər X7 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bərdə rayonundan doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Sabir küçəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci, 334-1.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Bərdə rayon Polis şöbəsində 04 dekabr 2024-cü il tarixdə İXM-in 334.1, 510 və 535.1-ci mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında MN ******* saylı və İXP ******* saylı prоtоkоllar tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 3(021)-1233/2024 saylı qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1, 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1232/2024 saylı və 3(021)-1233/2024 saylı inzibati işlər birləşdirilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, 04 dekabr 2024-cü il tarixdə Şəxs yol polisinin “saxla” əmrinə tabe olmamış, buna baxmayaraq onu saxlamışlar, saxladıqları zaman ondan sənədlərini tələb edən zaman səs küy salaraq ucadan söyüşlər söyməyə başlamışdır. Daha sonra Şəxs müayinəyə aparan zaman onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilmişdir. Bundan sonra onun barəsində protokol tərtib edərək məhkəməyə gətirmişlər. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayonu yol patrul xidməti inspektoru X1 Oruc Əsgər oğlu ilə eyni məzmunlu izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək bildirmişdir ki, 04 dekabr 2024-cü il tarixdə avtomobili idarə edən zaman polis əməkdaşları ona saxla əmri versələrdə o avtomobilini saxlamamışdır. Bundan sonra polis əməkdaşları onu saxladaraq ondan sənədlərini tələb etmiş, lakin o sənədlərini polis əməkdaşlarına verməmiş, ucadan səs küy salmışdır. Həmin vaxt narkotik vasitənin təsirində olmuşdur. Törətdiyi əməldən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixdə xidmətdə olarkən Şəxs yol polisinin “saxla” əmrinə tabe olmamış, buna baxmayaraq onu saxlamışlar, saxladıqları zaman ondan sənədlərini tələb edən zaman səs küy salaraq ucadan söyüşlər söyməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 04 dekabr 2024-cü il tarixdə xidmətdə olarkən Şəxs yol polisinin “saxla” əmrinə tabe olmamış, buna baxmayaraq onu saxlamışlar, saxladıqları zaman ondan sənədlərini tələb edən zaman səs küy salaraq ucadan söyüşlər söyməyə başlamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, X10 İXM-in 334.1, 510 və 535.1-ci mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon polis şöbəsinin sahə rəisi, X7 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs yol polisinin “saxla” əmrinə tabe olmayaraq xırda xuliqanlıq əməli törətməklə polisin qanuni taləbinə tabe olmamışdır. Bərdə rayon DYPB-nin Yol Patrul Xidmətinin inspektoru X5 tərəfindən tərtib edilmiş İXP №6725344 nömrəli protokolda göstərilmişdir ki, 04 dekabr 2024-cü il tarixdə saat 16:25 radələrində VAZ 21074 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 332.1-ci 327.2-ci və 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 04 dekabr 2024-cü il tarixli, 1357 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında prtokoldan görünür ki, Şəxs müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddəyə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs 04 dekabr 2024-cü il tarixdə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan sərxoş vəziyyətdə VAZ 21074 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol polisi əməkdaşları tərəfindən “saxlama” əmrinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılmış və sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş və barəsində protokol tərtib edilmiş, bu zaman ucadan nalayiq söyüşlər edib ictimai qaydanı pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 334-1.1, 510 və 535.1-ci mаddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Həmçinin, bir neçə inzibati xəta törətdiyinə görə inzibati xəta törədən Şəxs barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya olan İXM-in 334-1.1-ci maddəsi ilə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal onun əməlindən peşiman olması, ağırlaşdıran hal isə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsi olmuşdur. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 334-1.1-ci maddəsinin sanksiyasında 15 gündən bir ayadək müddətə inzibati həbs tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 334-1.1, 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində ciddi xəta olan 334-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, yəni 15 gün müddətinə inzibati həbs tənbeh növünün tətbiq edilməsi yolu ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 334-1.1ci maddələri ilə təqsirli bilinib İXM-in 334-1.1-ci maddəsi ilə bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 04 dekabr 2024-cü il tаrixdən sааt 18:40-dan hesablansın. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1232/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1232/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver