Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1233/2022 03.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X4 təhlükəsizlik bölməsinin sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Şuşa şəhərində doğulmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu, Kətəlparaq kənd musiqi məktəbində müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 oktyabr 2022-ci il tarixdə radələrində Bərdə şəhəri, H.Əliyev prospektində Yol Polis Xidmətinin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin sahə rəisi Bərdə rayon Polis Şöbəsinin sahə rəisi X1 izahatında göstərdi ki, Şəxs 03 oktyabr 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasının giriş hissəsində xidmət aparan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, hadisə yerindən qaçmışdır. Bərdə rayon Polis Şöbəsinin inzibati binasına dəvət olundu, lakin getməmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq o öz qanunsuz hərəkətlərini davam etdirmiş, iş ahəngini pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra Şəxs barəsində protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, 03 oktyabr 2022-ci il tarixdə saat 12:30 radələrində xidmətdə olarkən “Chevrolet Cruze” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən sərnişin daşıma qaydalarını pozduğu tərəflərindən aşkar olunmuşdur. Sürücüyə saxla işarəti vermişlər və sürücü saxlamışdır. Ona yaxınlaşıb özlərini təqdim edib, sərnişin daşıma qaydalarını pozduğunu bildirmişlər. Daha sonra maşında texniki nasazlıq olduğunu da sürücüyə bildirib, maşının duracağına yerləşdirilməli olduğunu bildirmişlər. Sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomaşını yüksək sürətlə sürüb və təhlükəli manevrlər etmişdir. Daha sonra həmin maşını Bərdə şəhər, Bakı küçəsində saxlayaraq polisin qanuni tələbinə tabe olmadığını bildirmişlər. Şəxs onlarla sözlü mübahisə etmişdir. Şəxsi dəfələrlə nizam intizama tələb etsələr də xanım qanuni tələbə tabe olmamışdır. Şəxsi polis şöbəsinə dəvət edib bu barədə rəhbərliyə raportla məruzə etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 03 oktyabr 2022-ci il tarixdə həqiqətən yol hərəkəti qaydalarını pozmuşdur. Maşınında çox sərnişin olduğu üçün azyaşlı övladı qarşıda oturmuşdur. Qeyd edir ki, polis onu saxlatdıqda xahiş etmişdir ki, maşındakı sərnişinləri haradasa düşürdüb, daha sonra şöbəyə gəlsin. Əməkdaşlar razı olmadıqda isə , maşınına minib getmişdir. Daha sonra polis əməkdaşlarının onu təqib etdiyini görüb maşını saxlamış. Və qanuni tələblərinə tabe olaraq maşının duracağa aparmasına razılıq vermişdir. Əməlini etiraf edir və əməlindən səmimi peşmandır. Məhkəmədən əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin etməyi xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi polis X2 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 03 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 03 oktyabr 2022-ci il tarixdə Bərdə şəhər, H.Əliyev prospektində xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun qadın olmasını və onun təqsirinin dərəcəsini, məhkəmə iclas zalında əməlini səmimi etiraf etməsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1233/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1233/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver