Məhkəmə qərarları › İş №3(021)-1234/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1234/2021

07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1234/2021 07.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X13, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 2021-ci ilin iyul ayında Bərdə şəhəri, H.Əliyev pr-də yerləşən “Bərdə-Otel”-in qarşısında vət. X1 işə düzəltmək adı ilə 250 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.07.2021-ci il tarixdə saat 10 radələrində Bərdə şəhəri, H.Əliyev pr-də yerləşən “Bərdə-Otel”-in qarşısında vət. X4 işə düzəltmək adı ilə 250 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.07.2021-ci il tarixdə saat 10 radələrində Bərdə şəhəri, H.Əliyev pr-də yerləşən “Bərdə-Otel”-in qarşısında vət. X8 işə düzəltmək adı ilə 280 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prdə yerləşən “Bərdə-Otel”-in qarşısında vət. X5 işə düzəltmək adı ilə 320 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 2021-ci ilin iyul ayında Bərdə şəhəri, H.Əliyev pr-də yerləşən “Bərdə-Otel”-in qarşısında vət. X9 işə düzəltmək adı ilə 300 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazları yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar a aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-1232/2021 saylı inzibati iş, 3(021)-1233/2021 saylı inzibati iş, 3(021)-1234/2021 saylı inzibati iş və 3(021)-1235/2021 saylı inzibati iş 3(021)- 1231/2021 saylı inzibati işlə bir icraatda baxılsın. İşə 07 oktyabr 2021-ci il tarixdə saat 1230-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun zərərçəkmiş şəxslər X14 və X3 iştirakları ilə baxılsın. AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ ______ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 3(021)-1231/2021 «07» oktyabr 2021-ci il X10 (Bərdə rayonu, Qullar kəndi) Surəti: X6 (Bərdə rayonu, Otuzikilər kəndi) X7 (Bərdə,Ü.Hacıbəyov küç,167) X2 (Bərdə rayonu, Balaqəcər kəndi) X11 (Bərdə rayonu, Darğalar kəndi) Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 3(021)-1231/2021 nömrəli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “04” səhifə. Hörmətlə, hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar