Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1236/2021 07.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 oğlunun, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Tərtər rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər rayonu, Qapanlı (Qaradağlı) kəndində yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(121)-1935/2018 saylı 02 aprel 2018-ci il tarixli icra sənədi üzrə 1690 manat borcu yaranmış, icraçının qanuni tələblərinə tabe olmamış, borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 oğlu göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(121)-1935/2018 saylı 02 aprel 2018-ci il tarixli icra sənədi üzrə 26 iyul 2011-ci il təvəllüdlü X9 və 13 sentyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Şəxs aylıq və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment 15 fevral 2018-ci ildən başlayaraq tutulub Sadıqova (Şahbazova) Lamiyə Pənah qızına ödəməlidir. Şəxs 3(021)-610/2020 saylı 02 iyul 2020-ci il tarixli Bərdə rayon Məhkəməsinin qərarıra əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 gün müddətinə inzibati həbs tənbehi tətrbiq edilmişdir. Tutulduqdan sonra 1000 manat ödəmişdir. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi ərizə ilə müraciət edərək göstərdi ki, xeyli müddətdir ki işsizidi, yeni işə düzəlib. Borcu ödəməkdən yayınmır. X2 məhkəmə iclas zalında 160 manat ödəyib. Bundan sonra hər ay 200-300 manat ödəniş edəcəyini söz verdiyin qeyd edərək məhkəmədən nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X10 ərizə ilə müraciət edərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tutulmasını istəmir. Bundan başqa bacardığı qədər köməklik edib, uşaqlara baxıb. Hal-hazırda borclu ona 160 manat ödəmişdir, o da pulu qəbul edib. İcraata xitam verilməsin xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin,tələbkarın, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs borcu ödəməkdən yayınmır. Belə ki, borcu ödəməyə hazır olduğunu, yaranmış 1690 manat borcdan 160 manat ödəniş etməsi inzibati icraata xitam edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1236/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1236/2021
07.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver