Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-1236/2024 11.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun, X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü l tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə Nümayəndə tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Nümayəndə şikayət verərək Özbəkistan Respublikası vətəndaşı X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü l tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş qərardan görünür ki, xx.xx.2024-cü l tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs X3 barəsində qəbul edilmişdir. Həmin qərardan X1 nümayəndəsi və vəkili qismində Nümayəndə şikayət vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. İş materiallarınan görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 müdafiəçisi qismində Nümayəndə səlahiyyətini təsdiq edən sənəd və orderi əlavə edilməmişdir. Göstərilənlərə əsasən Nümayəndə səlahiyyətlərini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində tərtib edilmiş xx.xx.2024-cü l tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət Nümayəndə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-1236/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-1236/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver