Məhkəmə qərarları › İş №3(021)-1237/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1237/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1237/2021 13.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, X1 müdafiəçisi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1961-cı il tarixdə Bərdə şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, H.Əliyev prospekti döngə 4, ev 2-də yaşayan barəsində inzibati icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İş materialında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-551/2021 saylı 20 may 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-387/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, 3(021)-551/2021 saylı 20 may 2021-ci il tarixli qərarı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün yenidən Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında prtokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2565/2018 saylı 17 iyul 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs və digərlərinə X6 mülkiyyətində olan Bərdə şəhəri H.Əliyev prospekti 6/2 saylı ünvanda yerləşən evə və 992 kv.m həyatyani torpaq sahəsinə gəlmələrinə qadağan goyulmuş və barəsində inzibati icraat aparılan Şəxs həmin qadağanı pozmuşdur. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2565/2018 saylı 17 iyul 2018-ci il tarixli icra sənədi üzrə iddiaçı X6 qəyyumu X5 cavabdehlər Şəxs, X8, X9 və X10 qarşı mülkiyyətində olan yaşayış evi və həyatyani torpaq sahəsi yerləşdiyi ünvana cavavbdehlərin gəlmələrinin qadağan edilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Şəxs, X8, X9 və X10, X6 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə və 992 kv.m həyatyani torpaq sahəsinə gəlmələrinə qadağan goyulsun. Onlar dəfələrlə Şəxs ilə və İcra və Probasiya Şöbəsinin rəisi Rusif Qiliyevlə yerli baxış keçiriblər. Özünün iştirakı ilə gedib orda akt tərtib ediblər ki həmin əraziyə girməyə qadağan goyulsun. Orda problem onda yaşandı ki, Şəxs elə bildi ki onlar onu ordan çıxardılar. Onlar icra sənədinə əsasən qadağa qoyulması məsələsini tələb edir. Onlar qanuni qərar icra edirlər. Orda iki ev var biri H.Əliyev prospekti 6/2, ikinci H.Əliyev prospekti 6/4. Onlar da icra məmurunun tələblərini icra etmədiyinə görə barəsində 20 may 2021-ci il tarixli protokol tərtib edilib. Barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 müdafiəçisi X16 göstərdi ki, Gəncə Appelyasiya Məhkəməsinin mövqeyi ilə razı deyil. Onlar gətirdiyi əsas qanuna uyğun deyil. Gəncə Appelyasiya Məhkəməsinin qeyd etdiyi ünvanlar heç birisi düzgün deyil. Hesab edir ki Gəncə Appelyasiya Məhkəməsi müraciət edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci və 135.1.6-cı maddələrini deyil Azərbaycan Respublikasının Konstitusiyasının 129-cü maddəsini rəhbər tutmalıdır. Məhkəmənin çıxardığı qəraralar dövlət adından çıxarılır və onların icrası məcburidir. Məhkəmədən qanunamüvafiq qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, icra məmurun dedikləri yalandır, fərziyədir. Onlar bir qapıdan işləmir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materialında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-551/2021 saylı 20 may 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və eləcə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta hqqında icraata icraata xitam verilməlidir. Belə ki, iş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, inzibati xəta hqqında protokol Şəxs barəsində ona görə tərtib edilmişdir ki, o, icra prosesinə maneəçilik törətmiş və icra sənədinin təmin edilməsinə imkan verməmişdir. Lakin barəsində inzibati icraat aparılan şəxsin həmin hərəkətləri konkret olaraq nədə ibarət olması göstərilməmiş, eləcə də məhkəmə iclas zalında icra məmuru da bu faktı əsaslandıra bilməmişdir. Bundan başqa iş materiallarında olan aktda qeyd edilir ki, borclu Şəxs icra sənədinin icrasına maneəçilik törətməsinin səbəbləri barədə izahat verilməsi təklif olundu, lakin borclu izahat verməkdən və aktı imzalamaqdan imtina etdi. Lakin yenə də icra sənədinin icrasına “maneəçilik törətməsi” dedikdə hansı hərəkətlərin nəzərdə tutulması qeyd edilməmiş və abstrakt məzmunlu protokol və akt tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab edilir. Lakin hazırki iş materiallarında icra məmuru tərəfindən tərtib edilmiş aktın və eləcə də protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaratmır. Belə ki, protokolun və eləcə də aktın imzalanması borclunun vəzifəsi deyil, hüququdur. Həmçinin Bərdə Rayon Məhkəməsinin 2(021)-2565/2018 saylı 17 iyul 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs və digərlərinə X6 mülkiyyətində olan Bərdə şəhəri H.Əliyev prospekti 6/2 saylı ünvanda yerləşən evə və 992 kv.m həyatyani torpaq sahəsinə gəlməsini pozan konkret hərəkətlər sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati icraata xitam edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə xüsusi olaraq onu da vurğulayır ki, hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Belə ki, inzibati xətalar qanunvericliyinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə protokol isə 20 may 2021-ci il tarixdə tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar