Məhkəmə qərarları › İş №3(021)-1237/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1237/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1237/2022 06.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Bakı şəhər, Binəqədi rayonunda doğulmuş, ali təhsilli, evli, işsiz, Bərdə rayonu M.Rəsulzadə küçəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə səhər saat 09:00 radələrində polis maşınının hərəkətinə mane olmuşdur. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin sahə rəisi Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 izahatında göstərdi ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə Bərdə rayonu, Bakı küçəsində idarə etdiyi Mercedes Citan **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olankən Fow markalı 99- XZ-856 dövlət qeydiyyat nişanlı avtomobil onun avtomaşınını sıxaraq yoldan kənarlaşdıraraq ziqrovvari hərəkətlər etmişdir. Halbuki dəfələrlə dövlət tədbirinin keçirilməsi ilə bağlı məlumat verilmiş, yollarda müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Bəzi yollarda hərəkət dövlət tədbirinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırılmışdır. Maşını saxladıb sürücüyə iradını bildirsə də, sürücü onun tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onu Bərdə rayon Polis Şöbəsinə gətirmişdir. Məhkəmədən Şəxs inzibati qayadada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki,05 oktyabr 2022-ci il tarixdə saat 08:20 radələrində Bakı küçəsində idarə etdiyi, “Mercedes Citan” **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “FOW” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolda onun maşınını sıxaraq hərəkətinə mane olmuşdur. Ona xüsusi rabitə əlaqə vasitəsilə avtomobilin yolun hərəkət hissəsindən çıxarılması dəfələrlə bildirilsə də, həmin sürücü dövlət tədbirinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş və hərəkət məhdudiyyəti tətbiq edilmiş yolda qanunsuz hərəkətini davam etdirmiş, bundan başqa avtomobili ilə polis avtomobilinin qarşısını nümayişkarə surətdə kəsmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 05 oktyabr 2022-ci il tarixdə saat 08:25 radələrində uşağını məktəbdən götürmək üçün məktəbə gedirmiş. Məhdudiyyətin tətbiq edildiyini bilirdi. Lakin yolun boş olduğunu görüb tez keçmək qərarına gəlmişdir. Polis ona xüsusi rabitə vasitəsilə 2-3 dəfə yolun hərəkət hissəsindən çıxmağı bildirmiş, lakin o, hərəkətini davam etdirərək qarşıda yoldan çıxmağı planlaşdırmışdır. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rayon Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, işdən çıxıb evə gedirmiş. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki Bərdə rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 05 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə, daxil olmuş inzibati materialdan tərəflərin izahatlarından da müəyyən edildi ki, 05 oktyabr 2022-ci il tarixdə nəzərdə tutulmuş dövlət tədbirinin keçirilməsi zamanı tətbiq edilmiş təhlükəsizlik tədbirləri çərçivəsində avtomobil yollarının bəzi istiqamətlər üzrə hərəkətlərin məhdudlaşdıldığı hissələrində Şəxs polisin “saxla” əmrinə tabe olmayaraq nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti qadağan edilən hissəsinə çıxaraq polisin qanuni tələblərinə riayət etməmiş və xidmətdə olan polis maşınının qarşısını kəsmişdir. Halbuki dəfələrlə dövlət tədbirinin keçirilməsi ilə bağlı məlumat verilmiş, yollarda müəyyən məhdudiyyətlər tətbiq edilmişdir. Bəzi yollarda hərəkət dövlət tədbirinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırılmışdır. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki Şəxs 05 oktyabr 2022-ci il tarixdə Bərdə rayonu X6 inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 05 oktyabr 2022-ci il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar