Məhkəmə qərarları › İş №3(021)-1238/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1238/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1238/2021 03.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin baş məsləhətçi X3 iştirаkları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı 04 may 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X13 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 04 may 2021-ci tarixli qərarı ilə X1 Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X13 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 04 may 2021-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarından olan Bərdə Rayon Məhkəməsinin 3(021)-544/2021 saylı 03 iyun 2021-ci il tarixli qərarından görünür ki, həmin şikayət təmin edilməmişdir. Həmin qərardan barəsində inzibati iş üzrə icraata aparılan X13 şikayət verərək Bərdə Rayon Məhkəməsinin 3(021)-544/2021 saylı 03 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və barəsində olan iznibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından olan Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-292/2021 saylı 09 iyul 2021-ci il tarixıli qərarından görünü ki, apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 3(021)-544/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-292/2021 saylı 09 iyul 2021-ci il tarixıli qərarında aşağıdakı halların araşdırılması zəruri hesab edilmişdir: 2 ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub ağacların yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması; həmin ağacların digər meyvə ağaclarının inkişafına mae olub-olmaması və yabanı halda bitə ağaclar olub-olmamasıdır. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 04 may 2021-ci tarixli qərarı qanuna ziddir. Belə ki, özü X12 Kollecində təsərrüfat müdiri vəzifəsində çalışır. İşlədiyi kollecdə abadlıq işləri və həyətyanı sahədə bütün təmir işlərinə v səliqə-səhmana cavabdeh şəxs özüdür. Yazın gəlişi ilə bağlı işlədiyi kollecin həyətində və bağında 10 fevral 2021-ci il tarixdə budama işləri aparılarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları onun iş yerinə gələrək budama işlərinin aparıldığını və kollecin həyətində olan 2 ədəd əncir və bir ədəd tut şivinin kəsilməsinə etiraz edərək ona vəzifəli şəxs kimi inzibati protokol tərtib etdilər. O, buda işlərinin kollecin balansında olan həyətdə olduğunu, həmin ağacların məktəbə məxsus olduğunu, bağda yaz hazırlıq işlərinin aparılması üçün abadlıq işlərinin aparılmasını bildirməsinə baxmayaraq ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları qərəzli olaraq vəzifəli şəxs kimi barəsində cərimə tətbiq etmişlər. Hesab edir ki, kollecin həyətində apardığı budama işləri kənd təsərrüfatı təyinatlı ağaclar olmuş, həmin ağaclarda kollecin balansında olan torpaq sahəsində olduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin onun barəsində tərtib etdiyi MN № ******* saylı, 04 may 2021-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün onun icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi X13 şikayətin dəlillərinə uyğun məzmunda əlavə izahat verərək çıxışında bildirmişdir ki, Kollecin həyətində bağ vardır və həmin bağda Eldar Şamı vardır. Həmin şamların köklərində əncir və tut tikləri çıxmışdır. Təmizlik işləri apararaq yabanı halda çıxan tikləri budamışlar. Hələdə təmizliyə ehtiyac vardır. Həmin yerlər təmizlənməsə çox pis vəziyyətə düşür buda tələbələrin təcrübə keçməsinə mane olur. Odur ki, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin tərtib etdiyi MN № ******* saylı, 04 may 2021-ci tarixli qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş hüquqi şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin baş məsləhətçi X7 çıxışında tərtib edilmiş protokol və qərarı müdafiə edərək ifadəsində göstərmişdir ki, 10 fevral 2021-ci il tarixdə keçirilən reyd zamanı Bərdə şəhəri, Natəvan küçəsində yerləşən X12 Kollecinin həyətində ağac kəsilməsi halı aşkar olunmuşdur. P.Paşayev bildirdi ki, təmizlik məqsədi ilə ağac kəsilmişdir. Fakta görə inzibati xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, tərtib edilmiş sənəd tam qanuni sənəddir və edilən şikayət əsassızdır. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta hqqında iş üzrə icraat aparılan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətməsi sübut olunur. İş materiallarında olan AZE 08092834 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 25 dekabr 1959-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuş, ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04 may 2021-ci tarixli qərarın surətindən görünür ki, 10 fevral 2021-ci il tarixli, MN № ******* saylı protokolla X14 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub yaş halda ağacların kök boğazından kəsilərək məhv edilməsinə görə X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati xəta haqqıda protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04 may 2021-ci tarixli qərarın surətindən görünür ki, Bərdə şəhəri, Natəvan küçəsində yerləşən X12 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub yaş halda ağacların kəsilməsinə görə X1 Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 16 fevral 2021-ci il tarixli X9 ünvanlanmış məktubun surətindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tərtib edilmiş inzibati materialların 24 fevral 2021-ci il tarixdə saat 15:00-da baxılması ilə əlaqədar xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 04 mart 2021-ci il və 17 mart 2021-ci il tarixli pretenziyanın surətlərindən görünür ki, X13 2 ədəd əncir və 1 ədəd tut cinsinə mənsub ağacların kök boğazından kəsilərək məhv edilməsi nəticəsində təbiətə vurduğu 320 manat məbləğində ziyanı 1 ay müddətində könüllü olaraq ödəməsi ilə bağlı xəbərdar olunmuşdur. X12 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub yaş halda ağacların kök boğazından kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın hesabatının surətindən görünür ki, əncir ağacı: 1 ədəd -8 sm x 100=100 manat, 1 ədəd -9 sm x 120=120 manat, 1 ədəd -5 sm x 100=100 manat olmaqla, cəmi 100+120+100=320 manat. Beləliklə təbiətə dəymiş ziyanın ümumi məbləği 320 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 10 fevral 2021-ci il tarixli, № 68759 nömrəli aktın surətindən müəyyən edilir ki, 10 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X12 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinlərinə mənsub ağaclar kök boğazından kəsilmişdir. X12 Kollecinin inzibati təsərrüfat işləri üzrə direktor müavini X6 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin adına yazdığı izahatın surətindən görünür ki, kollecin həyətyanı sahəsində yerləşən yaşıllıqlardan iki ədəd əncir və 1 ədəd tut cinslərinə mənsub ağaclar təmizlik məqsədi ilə kök boğazından onun nəzarəti altında tutduğu muzdlu fəhlə tərəfindən kəsilmişdir. İş materiallarında olan X14 və Texnologiya Kollecinin həyətində şam ağaclarının arasında yabani halda bitmiş şiv və kolların təmizlənməsi haqda mütəxəssis X4 və X5nun rəyindən görünür ki, tərələrindən kollecin həyətində salınmış bağda şam ağaclarının ətrafında kəsilməsi iddia olunan yabanı halda əmələ gəlmiş 02 ədəd əncir koluna və 01 ədəd şəkil baxış keçirildi. Baxış zamanı məlum oldu ki, həmin şiv və kollar yabanı halda bitib. Burada hər hansı bir ağacın kəsilərək məhv olması tərəflərindən aşkar olunmadı. İş materiallarında olan, AZE 13188733 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X8 20 mart 1978-ci il tarixdə Bərdə rayonu Şirvanlı kəndində doğulmuş və ünvan 4 ünvanda yaşayır. İş materiallarında olan, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X5 01 sentyabr 1971-ci il tarixdə Bərdə rayonunda doğulmuş və Bərdə rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati xəta haqqında 10 fevral 2021-ci il tarixli, MN № ******* saylı protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04 may 2021-ci tarixli qərarına əsasən X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********16 saylı 22 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, X12 Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin balans saxlancındadır. İş materiallarına şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X13 tərəfindən təqdim edilmiş “Rəy”dən görünür ki, kəsilmiş şiv və kollar yabanı halda bitmiş və onların məhv olunması faktı aşkar edilməmişdir. Həmin kollar və şivlər digər şam ağaclarının inkişafına mane olur və ərazidə antisanitariya şəraiti yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, X6 göstərişi və nəzarəti altında Bərdə şəhəri, Bakı küçəsi 3 ünvanında yerləşən X12 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinlərinə mənsub ağaclar kök boğazından kəsilmişdir. Bununla da o, ümumilikdə təbiətə 320 manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə P.Ə.X11 Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 10 fevral 2021-ci il tarixli, № 68759 nömrəli aktın surətindən müəyyən edilir ki, 10 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən X12 Kollecinin həyətyani ərazisində 2 ədəd əncir və 1 ədəd tut cinlərinə mənsub ağaclar kök boğazından kəsilmiş və həmin akta X13 şəxsən imza etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə X6 nəzarəti altında kəsilən hər üç ağacın bitdiyi torpaq dövlətin mülkiyyətində olan təhsil müəssisəsinin həyətidir yəni, xüsusi mülkiyyət deyil. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli Qərarının 2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qərarda imperativ qaydada müəyyən edilən digər vəzifə ondan ibarətdir ki, fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qərara əsasən yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti; fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; yaşıllığın götürülməsinin əsaslandırılması. Həmin Qərara əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Lakin iş materiallarından, eləcə də barəsində inzibati xatə haqqında iş üzrə icraat aparılan X6 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin baş məsləhətçi X3 verdikləri izahatlardan müəyyən olunur ki, mübahisəli yaşıllıqların götürülməsi ilə bağlı heç bir müraciət müvafiq icra hakimiyyətinə orqanına ünvanlanmamış və bununla bağlı rəy və ya hər hansısa bir razılıq əldə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 şəhəri, Natəvan küçəsində yerləşən X12 Kollecinin həyətində olan 2 ədəd əncir və 1 ədəd tut ağaclarını kəsərək 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə təbiətə 320 manat məbləğində maddi ziyan vurmaqla İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyindən barəsində 4000 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Belə olan halda X6 təqsirsiz olması barədə fikirlər əsassızdır. Belə ki, X6 təqdim etdiyi “Rəy”də imza və eləcə də möhür mövcud deyildir. Özünün məhkəmədə bildirdikləri tam şəkildə etiraf edici izahat kimi qəbul edilir. Bundan başqa məhkəmə X6 “ağacları və kolları məhv etməməsi” kimi dəlilinə münasibət bildirməyi zəruri hesab edərək xüsusi olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət üəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 04 may 2021ci tarixli qərarı qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRAR ALDİ Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar