Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1238/2024 10.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12, zərərçəkmiş şəxs X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1956-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Bərdə rayonu Gərənə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 10 dekabr 2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2024-cü ildə X2 döymüşdür. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X12 izahatında göstərdi ki, 01 noyabr 2024-cü il tarixdə X7 DİN “102” xidmətinə Şəxs onu döyməsi barədə müraciət etmişdir. Bundan sonra araşdırma aparılmış, nəticədə müəyyən olunmuşdur ki, Şəxs X2 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə X7 ilə aralarında yaranmış mübahisə zamanı Günel Səfərova onun ünvanına nəlayiq sözlər işlətdiyi üçün sillə ilə onu vurmuşdur. Törətdiyi əməldən peşimandır. Zərərçəkmiş şəxs X7 ilə barışdığını bildirmiş, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, 01 noyabr 2024-cü il tarixdə Şəxs ilə aralarında yaranmış mübahisə zəmində Şəxs ona bir şillə vurmuşdur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını bildirdi, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs barədə İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, Şəxs ilə qonşudurlar. Zərərçəkmiş şəxs X7 onun qızıdır. Qızxanım onun həyətina at peyini tökmüş, Qızxanıma peyini onun həyətinə tökməməsini bildirmişdir. Qızxanım peyini onun həyətindən yığışdırsada səhəri gün Qızxanım və oğlu onlarla mübahisə etmiş Qızxanımın oğlu onu vurmuş, Qızxanım isə Günelə bir şillə vurmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 ifadəsində göstərmişdir ki, Şəxs onun anasıdır. Anası ilə zərəçəkmiş şəxs arasında mübahisə olduğunu görüb ora yaxınlaşıb zərərçəkmiş şəxsdən anasını nə üçün təhqir etdiklərini soruşmaq istədikdə aralarında mübahisə yaranmışdır. Bərdə rayon X10 Bölməsinin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, X12 tərəfindən tərtib edilmiş 10 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli protokoldan görünür ki, Şəxs X7 ilə aralarında olan mübahisə zamanı onu döymüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X1 Günel İbrahim qızı ilə aralarında olan mübahisə zamanı döydüyünə görə onun barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə öz çıxışında barışdıqlarını bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlar hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-in 53.0.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata tərəflərin barışması əsası ilə xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-1238/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1238/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver