Məhkəmə qərarları › İş №3(021)-1239/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1239/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1239/2024 10.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərəmov Bayram Yusif oğlunun sədrliyi, X2 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin sahə rəisi X7, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1991-ci il tarixdə Ağdam rayonunda anаdаn оlmuş, orta təhsilli, subay, fərdi təsərrüfatla məşuldur, Ağdam rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Gərənə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə Bərdə rayon Polis Şöbəsində 10 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin sahə rəisi X12 məhkəmə iclasında izahat verərək göstərdi ki, tərtib etdiyi protokola əsasən X9 barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib olunub. Belə ki, 01 noyabr 2024-cü il tarixdə Bərdə rayonu, Gərənə kəndində Şəxs qonşu münasibətləri zəminində qonşusu, zərərçəkmiş X4 döymüşdür. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bərdə rayon Gərənə kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində ailə üzvüləri ilə Mənsurəgil arasında narazılıq olmuşdur. Mübahisə saxladıqları atların peyinini darvazanın qarşısına tökməyə görə yaranmışdır, halbuki, zibili həmişə eyni yerə tökürlər, zibil tökülən yer Mənsurənin darvazası deyil, öz qapılarının küncüdür, peyini və zibili həmin yerə bir həftə tökürlər, bundan sonra lapetə yığıb aparırlar, heç vaxtda aralarında narzılıq olmamışdır. 02 noyabr 2024-cü il tarixdə o, evə gələndə darvazada peyin olduğunu, peyni kimin tökdüyünü soruşub, anası ona peyini Mənsurənin tökdüyünü, araılarında mübahisə olduğunu, buna görə 102-yə şikayət edildiyini demişdir. Buna görə də Mənsurənin yaşadığı evə gedib, nə səbəbə mübahisə etdiyini soruşmuşdur, həmin vaxtı Mənsurəni vurmamışdır, heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, uzun müddətdir ki, Ramilin atası Kamil İsmayılov atları onun darvazasının qarşısına bağlayır, atların peyinini onun darvazasının qarşısına tökür, gündəlik zibillərini də ora atırlar. 01 noyabr 2024-cü il tarixdə saat 10 radələrinə darvazanın qarşısına çıxanda görmüşdür ki, yenə at peyinini və zibili onun darvazasının qabağına töküblər, bu barədə Ramilin anası Qızxanımı çağırıb bildirmişdir, bundan sonra aralarında mübahisə baş vermişdir. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində evdə olanda darvazanın möhkəm döyüldüyünü eşidib, həyətə çıxmışdır, Ramil həyətə gəlmişdir, Ramil onunla mübahisə etmişdir, demişdir ki, “sən kimsən mənə deyirsən zibil tökmə, zibili mən özüm bilərəm hara tökürəm”, aralarında mübahisə yaranmışdır, Ramil onu vurmuşdur. Özü ağır onkoloji xəstədir, bu vaxta kimi heç kimlə, eyni zamanda Ramilin özü, anası,atası ilə mübahisəsi davası olmamışdır. Hazırda Şəxsla barışmamışdır, barışmaq istəmir, Ramildən şikayətçidir, barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ TB-nin təhqiqatçısı polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki; Bərdə rayonu Gərənə kəndində yaşayan X8 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qonşusu X1 onu döyməsi, həmçinin anası Mənsurə Məmmədovanı nalayiq ifadələrlə təhqir etməsi barədə məlumat vermişdir. Həmin müraciət PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabın HK-1/4370 sırasında qeydə alınmışdır. Araşdırma zamanı X8 xx.xx.2024-cü il tarixdə 102 xidmətinə zəng edərək, qonşusu X1 oğlu Şəxs anası Mənsurə Məmmədovanın üzərinə hücum edərək onu döyməsi barədə məlumat vermişdir. Həmin müraciət PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabın HK-1/4385 sırasında qeydə alınmışdır. Araşdırma zamanı Bərdə rayonu Gərənə kəndində yaşayan X5 xx.xx.2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə qonşuluğunda yaşayan Günel adlı adının onunla mübahisə edirb təhqir etdiyini və onu döydüyünü göstərməklə, Günelin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmin ərizə PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabın HK-1/4388 sırasında qeydə alınmışdır. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə rayonu Gərənə kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 15.00 radələrində Bərdə rayon Gərənə kəndində yaşayan qonşusu X3 yaşadığı evin həyətinə daxil olaraq Mənsurə Məmmdova ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs döyərək, sonuncuya sağ süd vəzinin ön alt səthinin qançırı ilə müşayət edilən dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Materiala əlavə edilmiş, məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 878 nömrəli rəyindən görünür ki, vət. X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sağ süd vəzinin ön-alt səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X12 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN №0296006 nömrəli protokol tərtib edilmişdir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı X4 döymüşdür. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, məhkəmə cəza təyin edən zaman inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin qeyd olunan əməlin cəmiyyətdə yaratdığı mənfi rezonansı da nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 15 (on beş) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə qeyd edir ki, Şəxs inzibati həbsdə saxlamanın əvvəli 10 dekabr 2024-cü il tаrixdən, saat 16:45–dən hesablanmalıdır. İXM-in 30.3-cü maddəsinə əsasən İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 ( on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 10 dekabr 2024-cü il saat 16.45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar