Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-124/2021 26.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirаkları ilə xx.xx.1980-cı ildə Bərdə şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Bərdə şəhəri, H.Əliyev prospekti ev 11, mənzil 26-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə rayon İcra və probasiya Şöbəsində (Bundan sonra Bərdə RİPŞ) 26 yanvar 2021-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, o, Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədi üzrə icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədini üzürlü səbəbdən icra etməmişdir.Bununlada İXM 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, sözügedən məsələdən və məhkəmə prosesindən qeydiyyatda olduğu yer üzrə 1997-ci ildən Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşadığı üçün ümumiyyətlə xəbəri olmamışdır. Məhz ona görə də ödəniş etməmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X5 çıxışında bildirmişdir ki, vəkili olduğu şəxs Şəxs 1997-ci ildən rəsmi qeydiyyatda yerdə yaşamadığı üçün Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədindən irəli gələn öhtəlikləri yerinə yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Bərdə RİPŞdə 26.01.2021-ci il tarixdə, tərtib edilmiş MN № ******* saylı protokolun icraatına xitam verəsiniz. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RİPŞ-nin icra məmuru X4 çıxış edərək göstərdi ki, Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədinə əsasən Şəxs 54,782.95 manat alınaraq X3 ASC-ə ödənilməlidir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün Bərdə RİPŞ-nə daxil olmuş, tərəfindən 31.01.2017-ci il tarixdə icra sənədi üzrə icraat başlamaq haqqında qərar qəbul edilmiş və həmin qərar eyni tarixli bildirişlə bərabər borcluların ünvanına göndərilmişdir. Həmin bildirişdə icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü olaraq icra edilməsi, əks təqdirdə məcburi icra hərəkətləri ilə bağlı xərclərin onlardan tutulması göstərilmişdir. Dəfələrlə borclunun qeydiyyatda olan ünvanına gedilsədə evində aşkar edilmədiyi üçün bu barədə aktlar tərtib edilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanması ilə əlaqədar sorğular verilmişdir. Borclunun barəsində 21.07.2020ci il tarixdə axtarış elan edilmişdir. 26.01.2021-ci il tarixdə borclunun Bərdə RİPŞ-də izahatı alınmış və barəsində İXM-nin 528.1-ci mаddəsi ilə inzibаti xətа haqqında MN № ******* saylı protokol tərtib edilmişdir. Odur ki, protokolunu müdafiə edir. Borclunun barəsində tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədindən görünür ki, Şəxs 54,782.95 manat alınaraq X3 ASC-ə ödənilməsi qət edilmişdir. Bərdə RİPŞ-nin icra məmurunun 31.01.2017-ci il tarixli qərarının və bildirişin surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində icraat işi başlanmış və Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədindən irəli gələn öhtəlikləri yerinə yetirmək üçün borcluya 10 gün vaxt verilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə RİPŞ-nin icra məmurunun 20 iyul 2020-ci il tarixli aktın surətindən müəyyən edilir ki, Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs əmlak vəziyyətinin müəyyən edilməsi və yaşayış yerini müəyyən etmək üçün icra sənədində qeyd edilmi ünvan 1 ünvanda Şəxs yaşamır. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə RİPŞ-nin icra məmurunun 21 iyul 2020-ci il tarixli aktın surətindən müəyyən edilir ki, Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədinin icrası ilə əlaqədar borclu icra işinə münasibətini öyrənmək üçün Şəxs istifadəsində olan mobil nömrələrinə zəng edilmiş və borclu uzun illər Bərdə ilə əlaqəsi olmadığı bildirib icra məmurunun qanuni çağırışına gəlməkdən imtina etmişdir. Bərdə RİPŞ-nin icra məmurunun Bərdə RİPŞ-nin icra məmurunun 21 iyul 2020-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədinin icrası ilə əlaqədar yeri müəyyən edilmədiyi üçün borclu Şəxs barəsində axtarış elan edilmişdir. Bərdə RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş 26 yanvar 2021-ci il tarixdə, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədinə əsasən banka 54782.95 manat borcu yaranmışdır. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Gəncə Apelyasiya Məhkəməsinin 06 may 2016-cı il tarixli, 2(104)768/2016 nömrəli icra sənədi üzrə 54,782.95 manat ödənilməmiş borcu tələbkar Azərbaycan Beynalxalq Bankına heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonraicra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göründüyü kimi, borclu Bərdə Rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 1(021)- 1/2019 nömrəli icra sənədi üzrə ödəməli olduğu 55149.62 manat pulu uzun müddətdir ki, müntəzəm şəkildə ödəmədiyindən borc ödənilməmiş qalmışdır. Bu da onun icra sənədinin icrasından qəsdən yayındığını sübut edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-124/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-124/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver