Məhkəmə qərarları › İş №3(021)-124/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-124/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-124/2025 18.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Qərardan şikayət verən X1, Bərdə YPX-nin inspektoru polis baş serjantı X3 iştirakları ilə, Bərdə Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli TP ******* nömrəli qərarından X2 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatətə və şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta haqqında iş üzrə Bərdə rayon X6 xx.xx.2024-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsinə və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli TP ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin, 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat cərimə inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərar xx.xx.2024-ci il tarixdə elan edilmiş, saat 13:13-da qeydə alındığı göstərilmişdir. Hesab edir ki, Bərdə X6 xx.xx.2024-ci tarixli TP ******* nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. xx.xx.2024-cü il tarixində səhər saat 13:13 radələrində özünə məxsus ** VH *** nömrəli BMW 528 markalı minik avtomobillə H.Əliyev prospektində hərəkətdə olan zaman Bərdə rayon DYP bölməsinin əməkdaşı X5 ona saxlamaq əmri vermişdir. O, Bərdə rayon DYPB əməkdaşına etirazını bildirmiş, qırmızı işıqda keçməsi barədə video görüntü təqdim olunmasını xahiş etmişdir. DYP-nin əməkdaşı ona “siz polis şöbəsinə dəvət olunursunuz” bildirmişdir. O, heç bir inzibati xəta törətmədən onun hüququları pozulmuşdur. Bu səbəbdən də sözügedən cərimə məbləği silinməlidir. Məhkəmə iclasında qərardan şikayət verən X2 şikayətində göstərdiklərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, qərar 03 dekabr 2024-cü il tarixdə qəbul olunsa da qərarı ona verməmişdirlər. Ona görə də qərardan qanunla müəyyən vaxtda şikayət verə bilməmişdir. Məhkəmə iclasında Bərdə YPX-nin inspektoru polis baş serjantı X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman Bərdə şəhəri Bakı küçəsində Diqanostika Xəstəxanasının qarşısında BMW 528 minik markalı 10VH177 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü qırmızı işığı gözləmədən hərəkətinə davam etmişdir. Buna görə də tərəfindən saxla əmri verilmiş və barəsində protokol yazılacağını bildirmişdir. O, xəstəsi olduğunu bildirmişdir. Barəsində tərtib olunmuş protokol ona təqdim olunmuş, lakin o, protokolu imzalamaqdan imtina etmişdir. Tələsdiyi üçün sürücünün protokola imza etməkdən imtina etməsini protokolda qeyd etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları nəzərədən keçirib hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bərdə Rayon Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bərdə YPX-nin inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 13:13-də Bərdə şəhəri Bakı küçəsində Diqanostika Xəstəxanasının qarşısında BMW 528 minik markalı 10VH177 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur İş materiallarında olan Bərdə YPX-nin inspektoru polis baş serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP6896660 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Bərdə YPX-nin inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, X2 potokolu imza etməkdən imtina etmişdir. Bərdə YPX-nin inspektoru polis baş serjantı bu barədə protokolda müvafiq qeyd aparmaqla inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verməli olduğu halda Yol-patrul xidməti haqqında Təlimatın 8.1-ci bəndini pozaraq özü qərar qəbul etmişdir. Yol-patrul xidməti haqqında Təlimatın 8.1-ci bəndinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, qeyd edilən həmin anlaşılmazlıqlar, eləcə də yenidən araşdırma zamanı meydana çıxan hallar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra X1 əməlinə hüquqi qiymət verilməlidir Beləliklə, yuxarıda göstərilən halların araşdırılması məqsədi ilə məhkəmə Bərdə Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin orqana qaytarılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Şərh olunanlar əsasən və İXM-in 133, 134, 135 və 136 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli TP ******* nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin orqana göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar