Məhkəmə qərarları › İş №3(021)-1240/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1240/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1240/2021 19.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 527-ci mаddəsi ilə inzibаti xətа haqqında Bərdə Rayon Prokurorluğunda 08 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, dövlət və özəl tibb müəssisələrində baş vermiş ana və uşaq ölümü ilə nəticələnən hadisələr haqqında daxil olmuş məlumatların ilkin araşdırılması zamanı tibbi sənədlərin, o cümlədən tibbi yardımın göstərilməsi ilə əlaqədar həkim və digər tibb içşilərinin tənzimləyən normativ aktların həkimlər tərəfindən pozulduğu müəyyən edilmişdir. Bununla yanaşı, həmçinin müəyyən edilmişdir ki,bəzi hallarda həkim və tibb işçiləri tərəfindən tibbi sənədlər vaxtında tərtib olunmamış, xəstələrə göstərilən tibbi yardımlar zamanı istifadə olunmuş dərman preparatlarının qalıqları və qabları hüquqmühafizə orqanlarına təqdim olunmamışdır.Qeyd olunan nöqsanların aradan qaldırılması məqsədilə prokuror təsir tədbiri olaraq "Bərdə rayon Mərkəzi Xəstəxanası" X10 baş vermiş ölüm hadisələri haqqında dərhal prokurorluğa məlumat verilməsi, ölmüş şəxslərin meyitlərinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına və məhkəmə tibb ekspertlərinə təqdim olunması, həmçinin tibbi sənədlərin, o cümlədən tibbi yardımın göstərilməsi və doğuşun idarə edilməsi ilə əlaqədar həkim və digər tibb işçilərinin fəaliyyətini tənzimləyən normativ aktların, xəstələrə, ana və uşaqlara tibbi yardım zamanı istifadə olunmuş dərman preparatlarının qalıqlarının və ya onların qablarının, cərrahi əməliyyatın və doğuşun həyata keçirildiyi otaqlarda videomüşahidə avadanlıqları quraşdırıldığı hallarda, həmin avadanlıqlarda əks olunmuş görüntülərin vaxtında hüquq-mühafizə orqanlarına təqdim edilməsinin təmin edilməsi üçün 29 iyun 2021-ci il tarixdə "Bərdə rayon Mərkəzi Xəstəxanası" X11 baş direktoru Şəxs təqdimat göndərilmiş, təqdimata baxılması və görülmüş tədbirlər barədə 1 aydan gec olmayaraq rayon prokurorluğuna yazılı məlumat verilməsi mütləq əks olunmuşdur.Lakin qanunvericiliklə nəzərdə tutulmuş müddətdən xeyli artıq müddət keçməsinə baxmayaraq təqdimata baxılmamış, göstərilən qanun pozuntularının aradan qaldırılması üçün hər hansı tədbir görülməmiş və təqdimata vaxtında cavab verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bərdə Rayon Prokuorunun 29.06.2021-ci il tarixli, 02-210-21 saylı ana və uşaq ölümləri ilə bağlı təqdimatının müzakirə edilməsi məsələsi Mərkəzi Rayon Xəstəxanasına 06.07.2021-ci il tarixdə daxil olmuşdur. Daxil olan təqdimatla bağlı geniş iclas keçirilmiş, təqdimat tibb kollektivinin (həkim kollegiyasının) nəzərinə çatdırılmışdır. Bundan sonra, təqdimatın tibb kollektinin nəzərinə çatdırılmasına dair məlumatın Rayon prokurorluğuna göndərilməsi baş həkim Q.Məmmədova, doğum evinin müdiri T.Quliyevaya və ümumi şöbənin müdiri C.Sadıqova həvalə edilmişdir. Məlumatın Bərdə rayon prokurorluğuna göndərilməməsini bildikdə isə dərhal məlumatın göndərilməsini təmin etmiş, cavabdeh şəxslərin izahatları alınaraq, müvafiq əmrlə hər biri Əmək Məcəlləsinin 186-cı maddəsi ilə xəbərdarlıq edilmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bərdə rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Bərdə Rayon Prokuorunun 29.06.2021-ci il tarixli, 02-210-21 saylı qanun pozuntularının, onları doğuran səbəb və şəraitinin aradan qaldırılmasına dair təqdimatın surətindən görünür ki, Bərdə X3 Hüquqi Şəxsin direktoru Şəxs Bərdə X3 Hüquqi Şəxsin həkim və tibb işçilərinin yol verdiyi nöqsanlar aradan qaldırılması, gələcəkdə ana və uşaq ölümlərinin qarşısının alınması və həkim səhlənkarlıqlarının aradan qaldırılmasına həssaslıqla yanaşılması, eləcə də törətdikləri qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması barədə təqdimata baxılsın və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq Bərdə Rayon Prokurorluğuna yazılı məlumat verilməsi xahiş olunmuşdur. Həmçinin inzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 23.07.2021-ci il tarixli, 8 №-li Prokoloun surətindən görünür ki, gündəlik məsələdə Bərdə Rayon Prokuorunun 29.06.2021-ci il tarixli, 02-210-21 saylı ana və uşaq ölümləri ilə bağlı təqdimatın müzakirəsi aparılmış, müzakirə tibb işçilərinin və həkim kollektinin nəzərinə çatdırılmışdır. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 14.10.2021ci il tarixli, 54 №-li, 16.10.2021-ci il tarixli 2457 və 2458 №-li əmrlərin təsdiq edilmiş surətilərindən görünür ki, “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 Baş həkimi X6, Bərdə Mərkəzi Rayon Xəstəxanası Doğum evinin Baş həkimi X2 və ümumi şöbənin müdiri X5 iş yerində yol verdikıəri səhlənklarlıqlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən hər biri xəbərdarlıq edilmişlər. Habelə inzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 11.10.2021-ci il tarixli, 1015 №-li məktubunun surətindən görünür ki, Bərdə Rayon Prokuorunun 29.06.2021-ci il tarixli, 02-210-21 saylı qanun pozuntularının, onları doğuran səbəb və şəraitinin aradan qaldırılmasına dair təqdimatına dair məlumatın verilmməsinə işlərin çoxluğu və yeni təyinatla əlaqəli səriştəsizlik kimi dəyərləndirmişlər. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bərdə Rayon Prokuorunun 29.06.2021-ci il tarixli, 02-210-21 saylı təqdimatı Mərkəzi Rayon Xəstəxanasına 06.07.2021-ci il tarixdə daxil olmuş, tələbə əsasən təqdimatın tibb kollektivinin nəzərinə çatdırılmış və nəticəsi barədə məlumat 11.10.2021-ci il tarixdə Bərdə Rayon Prokurorluğuna göndərilmişdir. İXM-nin 527-ci maddəsinə əsasən, məhkəmənin xüsusi qərardadına (qərarına) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) təqdimatına vəzifəli şəxs tərəfindən baxılmamasına, yaxud bunlarda göstərilmiş qanun pozuntularını aradan qaldırmaq üçün tədbirlər görülməməsinə, yaxud xüsusi qərardada (qərara) və ya təqdimata vaxtında cavab verilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, belə olan halda Şəxs əməlində İXM-in 527-ci maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, məhkəmə iclasında aparılmış və inzibati işin materiallarına əlavə edilmiş sənədləri araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 23.07.2021-ci il tarixli, 8 №-li Prokoloun surətindən görünür ki, gündəlik məsələdə Bərdə Rayon Prokuorunun 29.06.2021-ci il tarixli, 02-210-21 saylı ana və uşaq ölümləri ilə bağlı təqdimatın müzakirəsi aparılmış, müzakirə tibb işçilərinin və həkim kollektinin nəzərinə çatdırılmışdır. Daha sonra, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən göstəriş verilmişdir ki, təqdimatın nəticəsi barədə Bərdə rayon prokurorluğuna məlumat verilsin. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 14.10.2021-ci il tarixli, 54 №-li, 16.10.2021-ci il tarixli 2457 və 2458 №-li əmrlərin təsdiq edilmiş surətilərindən görünür ki, “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 Baş həkimi X6, Bərdə Mərkəzi Rayon Xəstəxanası Doğum evinin Baş həkimi X2 və ümumi şöbənin müdiri X5 təqdimatın nəticəsi barədə Bərdə rayon prokurorluğuna məlumat verilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri xəbərdarlıq edilmişlər. Bundan sonra, Bərdə Rayon Prokuorunun 29.06.2021-ci il tarixli, 02-210-21 saylı qanun pozuntularının, onları doğuran səbəb və şəraitinin aradan qaldırılmasına dair təqdimatına dair məlumat Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Mərkəzi Rayon Xəstəxanası” X11 direktoru Şəxs 11.10.2021-ci il tarixli, 1015 №-li məktubu ilə verilmişdir. Göründüyü kimi, Bərdə rayon prokurorluğu tərəfindən göndərilmiş təqdimat müzakirə edilmiş, kollektivin diqqətinə çatdırılmışdır. Bu hal da öz növbəsində onu göstərir ki, halhazırda həmin əməlin ictimai təhlükəliliyi tam olaraq aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 527-ci mаddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar