Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1240/2022 12.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi ilə, X1 Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunan 14 sentyabr 2022-ci il tarixli, EQ 11361343 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətiə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Məhkəməsinə X1 barəsində olan inzibati xəta haqqında 13 sentyabr 2022-ci il tarixli, EQ 11361343 saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş protokol Bakı şəhəri, Ə.Əbdülrəhimv küçəsi ilə Atatürk prospektinin kəsişməsi hissəsində tərtib edildiyi göstərilmişdir. Digər tərəfdəm bu şəkillər təhlükəsiz şəhər kameralarına video nəzarət üçün quraşdırılmış monitorlardan istifadə edilərək çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və ona qanunsuz olaraq cərimə yazılmışdır. Çünki bu cərimənin yazılması foto və ya video qeydiyyat funksiyalarına malik olmayan xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək yazılmışdır. Belə ki, İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt ( bunu təstiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir). Burada diqqət edilməli məsələ odur ki, avtomobilləri sürət həddini keçdiyinə görə qeydiyyata alaraq cərimə tətbiq edən kameralarla, təhlükəsizlik kameralarının funksiyaları eyni deyildir. Belə ki, cərimə tətbiq edən kameralar qanunvericiliklə nəzərdə tutulmuş bütün funksiyaları daşıdığı halda , şəhər və yolların təhlükəsizlik kameraları sadəcə görüntü qeydiyyata almaq üçün nəzərdə tutulmuşdur və İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində nəzərdə tutulan normalara uyğun deyildir. Bir sözlə təhlükəsizlik kameraları telefon kameraları kimi sadəcə şəkil çəkmək funksiyasına malikdir və dövlət tərəfindən müəyyən edilən heç bir normativə cavab vermir. Bu kameralarda qanunsuz olaraq inzibati xəta aşkar olunması həmin kameraların qanunsuz istifadəsi deməkdir və istifadə edən şəxs barəsində məsuliyyət yaradır. Belə nəticəyə gəlirik ki, şəhər təhlükəsizlik kameraları vasitəsi ilə çəkilən görüntünün də, həmin kameralar rəsmi qeydiyyatdan keçmədiyi və qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün heç bir hüquqi əsası yoxdur və həmin görüntülər əsasında tərtib olunan protokol da tamamilə əsassızdır. İkincisi şəhər təhlükəsizlik kamerası vasitəsilə çəkilmiş görüntüləri və bu görüntülər əsasında tərtib edilmiş qərarı göndərmək çox çətindir və qərarın qanunsuzluğu ön plana çıxa bilər. Eyni ilə qeyd etdiyimiz kimi bu dəfə də inzibati xəta haqqında qərar tərtib edən orqan bu qərarı göndərməmişdir. Belə ki, 13 sentyabr 2022-ci il tarixdə elektron qaydada gələn məlumatda statusun qərarlı olduğu, yəni artıq 14 sentyabr 2022-ci il tarixdə rəsmi qərar qəbul edildiyi göstərilsə də, üzərindən 19 gün keçməsinə baxmayaraq ünvanına kağız daşıyıcıda qərar çatmamış və göndərilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən xahiş edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədməsinə dair 14 sentyabr 2022-ci il tarixli EQ 11361343 nömrəli qərar ləğv edilərək əsassız yazılmış 40 manat inzibati cərimə silinsin. Məhkəmə iclasına tərəflər məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiraçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu madəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraat başlanması əsaslarından biridir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan foto şəkildən də görünür ki, şikayətçi X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuş və bu fakt iş materilları ilə tamamilə təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi X1 Daxili İşlər Nazirliyinin 14 sentyabr 2022-ci il tarixli, EQ 11361343 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 tərəfindən verdiyi şikayət təmin edilməsin. Bərdə rayon X4 X6 inspektoru X3 tərəfindən tərtib edilmiş 14 sentyabr 2022-ci il tarixli, EQ 11361343 saylı qərar dəyişdrilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-1240/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1240/2022
12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver