Məhkəmə qərarları › İş №3(021)-1240/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1240/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1240/2024 10.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X10, zərərçəkmiş şəxs X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu Poladlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Gərənə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 noyabr 2024-cü il tarixdə qonşusu X2 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, X7 qonşuluğunda yaşayır. Aralarında uzun müddətdir mübahisə var. Qızxanım İsmayılovanın əri Kamil İsmayılov özlərinə məxsus atı onun anası Mənsurə Məmmədovanın darvazasının qarşısına bağlayır, atının peyinini yol kənarına darvazanın qarşısına tökür və həmin yerə özlərinin gündəlik zibillərini atırlar. Pis qoxuya görə həyətində otura bilmirlər. 01 noyabr 2024-cü il tarixdə Mənsurə Məmmədova darvazasının qarşısına yenə də at peyini töküldüyünü görüb əsəbiləşərək peyini yığıb Qızxanımın öz darvazasının qarşısına tökmüşdür. Bir qədər sonra Qızxanım həyətə çıxıb Mənsurə ilə mübahisə etmiş, əlləri ilə sonuncunun çiyinlərindən itələyib nalayiq ifadələrlə təhqir etmişdir. X6 Məmmədovanı təhqir etməyinə əsəbiləşərək o, Qızxanımın ünvanına nalayiq ifadələr işlətmişdir. Qızxanım İsmayılova onun üzərinə hücum edib sol üz nahiyəsinə bir dəfə sillə ilə vurmuş, lakin nə o, nə də Mənsurə Qızxanımı vurmamışdır. Mübahisə zamanı Qızxanımın qızı Arzu İsmayılova həyətə çıxıb Qızxanımı sakitləşdirmək üçün əlləri ilə onun arxa nahiyəsindən tutub çəkmiş, həmin vaxt Qızxanım yanı üstə yerə yıxılmış, Arzu isə Qızxanımı yerdən qaldıraraq evə aparmışdır. Əsəbiləşərək 102 xidmətinə zəng edib məlumat vermişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, mal-qara saxladığından malqaranın peyinini və evinin zibilini tövlənin barısının dibinə, yol kənarına tökürlər. Həmin hissə qonşuluğunda yaşayan X5 yaşadığı evin darvazası ilə üzbəüzdür. Mənsurə Məmmədova ona və ailə üzvlərinə zibili onun darvazası ilə üzbəüz tökməməyi desə də, həyətində yer olmadığından məcbur həmin yerə tökmüşlər. Həftədə bir dəfə isə peyini yığıb aparırlar. Zibili həmin yerə o və oğlu Ramil İsmayılov tökür. xx.xx.2024-cü il tarixdə atın peyinin təmizləyib yenə həmin yerə tökmüşdür. Saat 10 radələrində küçəyə çıxdıqda Mənsurə Məmmədovanın tökdüyü at peyinini yığıb onun darvazasının ağzına tökdüyünü görüb sonuncudan nə üçün peyini darvazasının qarşısına tökdüyünü soruşmuş, sonuncu da yaxşı edib tökdüyünü bildirmişdir. Aralarında sözlə mübahisə olmuş, Mənsurənin qızı Şəxs yanlarına gəlmiş və onunla da arasında sözlə mübahisə olmuşdur. Şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Sonuncunun ondan üzr istəməsini, əks halda cəzalandırılmasını istəyir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X12 məhkəmə iclasında göstərdi ki, Şəxs 01 noyabr 2024-cü il tarixdə qonşusu X2 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Həmin səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan Bərdə Rayon Polis X8 təhqiqatçısı X9 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 noyabr 2024-cü il tarixli qərarından görünür ki, X7 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Bərdə RPŞ-nin X4; -Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin X4 göndərilməsi; -Şəxs X2 döyməsi xüsusatı üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, Bərdə Rayon Polis X8 təhqiqatçısı X9 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 noyabr 2024-cü il tarixli qərarı, o cümlədən protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi şəxsi yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar