Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1241/2021 22.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Bərdə Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bərdə rayonu Güloğlular kəndində fəaliyyət göstərən (VÖEN-**********) hüquqi şəxs Bərdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş X6 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Hüquqi şəxs Bərdə Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 464-cü mаddəsi ilə inzibаti xətа haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyində 30 sentyabr 2021-ci il tarixdə, MN № ******* saylı protokol tərtib edilmişdir ondan ötəri ki, hüquqi şəxs Bərdə Şəxs MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditini aparmamışdır. Bununlada İXM 464-cü mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X6 protokol onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Bərdə Şəxs MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditini aparmamışdır. Bununla da hüquqi şəxs Bərdə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 464-cü maddəsinin tələbləri pozulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Maliyyə Nazirliyində 30 sentyabr 2021-ci il tarixdə, hüquqi şəxs Bərdə Şəxs MMC barəsində MN № ******* nömrəli protokol tərtib edilərək inzibati tənbehin verilməsi üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə Şəxs MMC-nin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, Bərdə Şəxs MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatları 30.09.2021-ci il tarixdə Daşqın Məmmədovun elektron poçt ünvanından onlayn qaydada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinə göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin aparıcı məsləhətçisi X7 Rayon Məhkəməsinə mülahizə göndərərək 30.09.2021-ci il tarixdə Daşqın Məmmədovun elektron poçt ünvanından Uçot siyasəti şöbəsinə "xxxx" MMC-nin 2019-cu il üzrə DM-00198 nömrəli audit rəyinin daxil olmasını bildirmiş, məlum səbəblərdən Nazirliyin nümayəndəsinin iştirakı olmadan , pendemiya dövrünü və elektron poçt ünvanında yaranmış müəyyən nasazlıqları nəzərə almaqlarını məhkəmədən xahiş etmişlər. Həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uşot siyasəti şöbəsinin aparıcı məsləhətçisi X8 Rayon Məhkəməsinə mülahizə göndərərək Bərdə Şəxs MMC-nin 2019-cu il üzrə maliyyə hesabatlarına 27.09.2021-ci il tarixdə auditor rəyi (müstəqil auditorun hesabatını) verilmiş və həmin rəy 30.09.2021-ci il tarixində onlayın formada təqdim edilməsini bildirmişdir. Məhkəmə barəsində X6 iş üzrə icraat aparılan şəxsi dinləyib, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş X6 iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: X6 MN № ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hüquqi şəxs Bərdə Şəxs MMC tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə qanunda nəzərdə tutulmuş məcburi auditini aparmamışdır. Həmçinin inzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin aparıcı məsləhətçisi X7 Rayon Məhkəməsinə mülahizə göndərərək 30.09.2021-ci il tarixdə Daşqın Məmmədovun elektron poçt ünvanından Uçot siyasəti şöbəsinə Bərdə Şəxs MMC-nin 2019-cu il üzrə DM-00198 nömrəli audit rəyinin daxil olmasını bildirmiş, məlum səbəblərdən Nazirliyin nümayəndəsinin iştirakı olmadan , pendemiya dövrünü və elektron poçt ünvanında yaranmış müəyyən nasazlıqları nəzərə almaqlarını məhkəmədən xahiş etmişlər. Həmin şöbəsinin aparıcı məsləhətçisi Feyruz Tağıyev də Bərdə Rayon Məhkəməsinə mülahizə göndərərək Bərdə Şəxs MMC-nin 2019-cu il üzrə maliyyə hesabatlarına 27.09.2021-ci il tarixdə auditor rəyi (müstəqil auditorun hesabatını) verilmiş və həmin rəy 30.09.2021-ci il tarixində onlayın formada təqdim edilməsini bildirmişdir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bərdə Şəxs MMC-nin 2019-cu il üzrə maliyyə hesabatlarına dair 27.09.2021-ci il tarixli auditor rəyi 30.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə daxil olmuşdur. İXM-nin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə -vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, belə olan halda Bərdə Şəxs MMC hüquqi şəxsin əməlində İXM-in 464-cü maddəsinin tərkibinin olması qənaətinə gəlmək olmur. Belə ki, məhkəmə iclasında aparılmış və inzibati işin materiallarına əlavə edilmiş sənədləri araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin aparıcı məsləhətçiləri Feyruz Tağıyev və Lətifə Əsədova tərəfindən ayrı-ayrılıqda Bərdə Rayon Məhkəməsinə göndərilmiş mülahizədən görünür ki, 27.09.2021-ci il tarixdə auditor rəyi (müstəqil auditorun hesabatını) verilmiş və həmin rəy 30.09.2021-ci il tarixdə Daşqın Məmmədovun elektron poçt ünvanından Uçot siyasəti şöbəsinə Bərdə Şəxs MMC-nin 2019-cu il üzrə DM-00198 nömrəli audit rəyinin daxil olmuşdur. Göründüyü kimi, Bərdə Şəxs MMC hüquqi şəxsin 2019-cu il üzrə maliyyə hesabatlarına dair 27.09.2021-ci il tarixli, DM-00198 nömrəli audit rəyi 30.09.2021-ci il tarixdə Uçot siyasəti şöbəsinə daxil olmuşdur. Bu hal da öz növbəsində onu göstərir ki, inzibati xətaya səbəb olan hal tam olaraq aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X6 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X6 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 3-cü mаddəsinə görə isə yаlnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibаti xətаlаrın törədilməsində təqsirli hesаb edilən və inzibаti xətа tərkibinin bütün digər əlаmətlərini dаşıyаn əməli (hərəkət və yа hərəkətsizlik) törətmiş şəxs inzibаti məsuliyyətə cəlb оlunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, X6 işə baxılarkən X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Bərdə Şəxs MMC hüquqi şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü mаddəsi ilə olan X6 iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1241/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1241/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver