Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-1242/2021 22.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vafiq oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, 02.10.1991-ci ildə, Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Restoran “PRİNCE”-nin sahibi, Bərdə şəhəri, H.Aslanov küçəsi ev 10-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə olan X10 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X11 İdarəsindən daxil olmuş 06.10.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 10.09.2021-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “PRİNCE” restoranı, ailəvi istirahət mərkəzinin fasadında müvafiq icazə olmadan reklam yerləşdirdiyi aşkar edilmişdir.Bununla Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X10 işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 428.7.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə X10 06.10.2021-ci il tarixli, MN № ******* nömrəli protokolu və ona əvalə edilmiş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi 06.10.2021-ci il tarixli, MN № ******* nömrəli protokolla, və ona əlavə edilmiş sənədlərlə (06.10.2021-ci il tarixli aktla və fotoşəkillə) sübuta yetirilir. X10 06.10.2021-ci il tarixdə MN № ******* nömrəli X10 protkoldan görünür ki, oktyabr 2021-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Restoran Prince”-nin fasadında müvafiq icazə olmadan reklam yerləşdirildiyi aşkar edilmişdir. Bununlada restoranın sahibi X4 İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İnzibati işin materiallarına əlavə edilmiş 06.10.2021-ci il tarixli X11 İdarəsinin İcazə və Razılaşma Şöbəsinin müdiri - X7, X5 Böyük müfəttişi - X3 və “PRİNCE” Restoranın sahibi X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Reklam Haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə Azərbaycan Respublikası Prezidentinin 20.06.2017-ci il tarixli 1472 saylı Fərmanına uyğun olaraq açıq məkanda reklam yayımına Dövlət Nəzarəti həyata keçirən zaman Restoran “PRİNCE”-nin fəsadında müvafiq icazə olmadan reklam yerləşdirildiyi aşkar edilmiş, Restoranın sahibinə yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq müvafiq icazə sənədi olmadan reklam yayımı qanunsuz olaraq davam etdirmişdir. Həmin aktdan görünür ki, restoran sahibi X4 həmin aktı imzalamadan imza etmişdir. İnzibati işin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, X4 11 saylı Ərazi Vergilər Baş İdarəsində VÖEN ********** nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət X12 Regional Reklam İdarəsinin 06.09.2021-ci il tarixli № Rİ-8-01/04, 0330 saylı Xəbərdarlıqdan görünür ki, “PRİNCE” Restoranın sahibi X4 dövlət rüsumu və yayım haqqının ödənilməsi üçün 5 təqvim günü müddətində X11 İdarəsinə rəsmi müarciət etməsi tələb olunmuşdur. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 17-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 428.7.1, 360, 362- 365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-1242/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-1242/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver